“Sosial” üzrə 3036 nəticə tapıldı
"Azərbaycan estradası keyfiyyətli musiqi ilə zəngin idi. Zövqlər dəyişdi. Bu gün mənə mahnı üzərində işləmək çətindir. Düzdür, məni əqidəmdən heç kim döndərə bilməz. İstərdim ki, əvvəlki zövqlər yerinə gəlsin. İstedadlı gənclərimiz, musiqiçilərimiz var. Trendin arxasınca getməsinlər, hamı bilir hansıları deyirəm. Sənətimə o qədər üfürə-üfürə yanaşdım
Jurnalist Aqil Ələsgər öz sosial şəbəkə hesabında bir sıra media nümayəndələri arasında Ağdam səfəri zamanı yaşanan insident barəsində məlumat paylaşıb. Jurnalist səfər zamanı yalnız bir önəmli hadisənin baş verdiyini qeyd edib. Belə ki, juralistlərdən biri Ağdamda minalardan təmizlənmiş sahədə hərəkət edərkən üzüqoylu şəkildə məzarın içərisinə yıxılıb. Aftafa.tv-nin araşdı
Türkiyə "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Avropa Şurasının Konvensiyasından (İstanbul Konvensiyası olaraq tanınır) çıxıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qərar imzalayıb. Dövlət başçısının bu qərarını ölkənin vitse-prezidenti Fuat Oktay belə şərh edib: “Türk qadınının cəmiyyətdəki
Koronavirus infeksiyasına qarşı Avropada ilk peyvəndi ixtira edən “Biontech” şirkətinin qurucuları Uğur Şahin və Özləm Türeciyə Almaniyanın ən böyük mükafatı verilib. Aftafa.tv xəbər verir ki, türk alimlər Almaniya Federativ Respublikasına xidmətə görə “Şərəf” ordeni ilə təltif olunublar. Təltifetmə mərasimində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Angela Merkel də iştirak edib. “İnkişaf etdirdiyiniz peyvənd insanlığa xidmətdir. Hazırda bu səbəbdən
Aftafa.tv xəbər verir ki, bir neçə gün öncə həbs olunan blogger Ata Abdullayevin yeni videosu yayılıb. Vidonu sosial şəbəkədə jurnalist Eynulla Fətullayev yayıb. Aftafa tv sözü gedən videonu təqdim edir:
“Bir dəfə də papağımıza palçıq qoydular. Onda fikrə getdik ki, insanlar nə vaxt belə oldu?! Sonra ümumiyyətlə, heç nə qoymadılar. Lap sonra heç qapını da açmadılar”. Aftafa.tv xəbər verir ki, bu sözləri tanınmış aktyor Taleh Yüzbəyov sosial şəbəkə hesabında yazıb. Sənətçi bayram ərəfəsi uşaqlıq illərindən, keçmiş bayram xatirələrindən danışıb: "İllər əvvəl elə Novruz qabağı
General Rövşən Əkbərovun həbsilə bağlı cinayət işində Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun da adının hallanmasına dair məlumatlar istər-istəməz “İbrahimov qardaşları” mövzusunu bir daha gündəmə gətirmiş oldu. Xatırladaq ki, general Əkbərovun 2001-ci ildə qətlə yetirdiyi iddia edilən iş adamı Elçin Əliyevin anası bununla bağlı cinayət işinə Nazim İbrahimovun da cəlb edilməli olduğunu
Tanzaniyanın iki həftədir harada olduğu bilinməyən prezidenti Con Maqufilinin öldüyü məlum olub. Aftafa.tv-nin xarici KİV-ə istinadən məlumatına görə, Tanzaniya prezidentinin köməkçisi Samia Suluhu məsələ ilə bağlı açıqlama verib. O, 61 yaşlı Prezident Con Maqufulinin öldüyünü elan edib. Qeyd edək ki, sosial mediada onun yoxa çıxması ilə bağlı müxtəlif iddialar səsləndirilib. İddiaya görə, afrikalı lider Keniyadakı Nairobi Xəstəxanasına
Bu il 28 iyul – 1 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalı təxirə salınıb. Aftafa.tv xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından biri – Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında məlumat verib. Belə ki, instaqramda video paylaşaraq, “Jara”nın 23-27 iyun tarixlərində ilk dəfə Rusiyanın Moskva şəhərində keçiriləcəyini açıqlayan Eminə izləyiciləri festivalın
"Çox təəssüf edirəm ki, bunlar iqtisadiyyatdan və iqtisadi idarəetmədən uzaq olan adamlardır”. Bu fikirləri öz açıqlamasında Milli Məclisin dünən keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edən baş nazir Əli Əsədovun qiymət artımı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən keçmiş millət vəkili Nazim Bəydəmirli deyib. Nazim Bəydəmirli
Koronavirusa yoluxmaların sayı artmağa davam edir. Əslində bu, gözlənilən idi. Qapanmalara getdiyimiz aylarda xəstə sayı azalmağa doğru gedir, lakin yumşalmadan bir müddət sonra əhali arxayınlaşır və yenidən artım müşahidə olunmağa başlayır. İndi də eyni tendensiyanı görürük. Aftafa.tv xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun rə
Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb. Aftafa.tv xəbər verir ki, sərəncama əsasən, İpoteka və Kredit Zəmanət Fondunun