Cümə, 19 Aprel

Merkel peyvəndi kəşf edən türk alimləri təltif etdi - Fotolar

image

Koronavirus infeksiyasına qarşı Avropada ilk peyvəndi ixtira edən “Biontech” şirkətinin qurucuları Uğur Şahin və Özləm Türeciyə Almaniyanın ən böyük mükafatı verilib.

Aftafa.tv xəbər verir ki, türk alimlər Almaniya Federativ Respublikasına xidmətə görə “Şərəf” ordeni ilə təltif olunublar.

Təltifetmə mərasimində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Angela Merkel də iştirak edib.

“İnkişaf etdirdiyiniz peyvənd insanlığa xidmətdir. Hazırda bu səbəbdən buradayıq. Bu peyvənd yalnız insanları qurtarmır, həm də bəşəriyyətin sosial həyatının davamını da xilas edir. Hekayəniz insanlıq üçün ən yaxşı ilham mənbəyidir”,- deyə Ştaynmayer təltifetmə mərasimində çıxış edərkən bildirib.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17