Cümə, 26 Aprel

Jurnalist Aqil Ələsgər Eynulla Fətullayevə sataşdı

image

Jurnalist Aqil Ələsgər öz sosial şəbəkə hesabında bir sıra media nümayəndələri arasında Ağdam səfəri zamanı yaşanan insident barəsində məlumat paylaşıb. Jurnalist səfər zamanı yalnız bir önəmli hadisənin baş verdiyini qeyd edib. Belə ki, juralistlərdən biri Ağdamda minalardan təmizlənmiş sahədə hərəkət edərkən üzüqoylu şəkildə məzarın içərisinə yıxılıb. Aftafa.tv-nin araşdırmasına əsasən sözügedən şəxsin Eynulla Fətullayev olması müəyyən edilib.

Belə ki, Eynulla Fətullayev Ağdamda büdrəyərək qazılmış məzara yıxılıb. Bu hadisəyə reaksiya verən Aqil Ələsgər və digər jurnalistlər isə baş verənləri “torpaq da istəmirmiş gəlməyini” deyə, yorumlayıb və gülüb.

Görünən odur ki, həmkarlarının Eynulla Fətullayevi gülüş obyektinə çevirməsinin əsas səbəbi jurnalist Aqil Əlsəgərin və onun ətrafındakıların Eynulla Fətullayevə qarşı münasibətinin birmənalı olmamasıdır. İddialara görə, Eynulla Fətullayev Aqil Ələsgər və ətrafı tərəfindən sevilmir. Səfər zamanı baş verən bu kiçik hadisə də məhz bu səbəblə Aqil Ələsgər tərəfindən sosial şəbəkədə yayımlanıb.

Aftafa.tv
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33