Şənbə, 20 Aprel

Aktyor uşaqlıq travmalarından danışdı: “Tülkü kimi papağı götürdüm“

image

Bir dəfə də papağımıza palçıq qoydular. Onda fikrə getdik ki, insanlar nə vaxt belə oldu?! Sonra ümumiyyətlə, heç nə qoymadılar. Lap sonra heç qapını da açmadılar”.

Aftafa.tv xəbər verir ki, bu sözləri tanınmış aktyor Taleh Yüzbəyov sosial şəbəkə hesabında yazıb.

Sənətçi bayram ərəfəsi uşaqlıq illərindən, keçmiş bayram xatirələrindən danışıb:

"İllər əvvəl elə Novruz qabağı idi, papaqatma “sezon”unu açıq elan eləyib, düşmüşdük qonşuların canına. Çox anaların əl qabiliyyətinə, ailələrin maddi vəziyyətinə şahid olurduq. Birdən burnumuza təzə bişən qoğal iyi gəldi. İyləyə-iyləyə gedib qapıya çatdıq. Bura zibilxananın yanındakı həyət evi idi. Mənim qulaqlı rus papağımı qoyub, qapını döydük və qaçıb gizləndik. Güdürdük ki, birdən qapı açıldı, papağı götürdülər, sevindik. Bir neçə dəqiqə sonra geri qoyub qapını bağladılar.

Tülkü kimi gedib, papağı götürüb qayıtdım. İçində təzə bişmiş, hələ də buxarlanan iki ədəd qoğal var idi. 3-4 nəfərə elə yerindəcə qoğalları parçaladıq və əlbəttə ki, doymadıq. Məndən böyük olan Rövşən "tırka" verməyə başladı ki, get yenə at! Dedi ki, onlar yaxşı adamdılar, yenə qoyacaqlar. Həmişəki kimi əvvəl "tırka"ya, sonra həmin qapıya tərəf getdim.

Papağı qoydum, qapını döydüm, dönüb qaçırdım ki, bir də gördüm başımın üstü ilə nəsə uçur. Başımı qaldırıb, baxdım ki, həmin qulaqlı papağım məni göydə keçib, gedib düşdü düz zibilxanaya. Əclaf ayaqla papağa Ronaldonun "ölü yarpaq" udarından vurmuşdu. Çox pis pərt oldum. Bir müddət papaq atmadım. Uşaqlıq travmalarımız az olmayıb”.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20