Cümə, 14 İyun

İranda nüfuzlu ayətullah qətlə yetirildi

image

İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babülsər şəhərində silahlı hücum zamanı öldürülüb.

Xəbər verilir ki, bu barədə Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqi məlumat verib.

Onun sözlərinə görə, aprelin 26-da səhər saatlarında ayətullah Süleymaniyə silahlı hücum olub. O bildirib ki, hücum törədən şəxs saxlanılıb.

Abbas Əli Süleymani Sistan-Bəlucistan əyalətini Dini Ekspertlər Şurasında təmsil edirdi.

O, əvvəllər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Sistan-Bəlucistan üzrə nümayəndəsi olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33
image

Lavrov Donbasa səfər edəcək

  • 12.06.2024 - 19:22
image

Bu rayonda qaz olmayacaq

  • 12.06.2024 - 15:49