Cümə, 21 İyun

Unun qiyməti “əl yandırır” - Çörək də bahalaşacaq?

image

Son günlər Azərbaycanda un bahalaşıb. Aprel ayında 50 kiloqramlıq bir kisə un 25 manat 5 qəpiyə satılırdısa, may ayında qiymət 27 manat 35 qəpiyə yüksəlib. Unun bahalaşması iyun ayında da davam edib. Belə ki, əvvəlki aylarda 26-27 manata satılan 50 kiloqramlıq un kisəsi hazırda satış məntəqələrində 30-32 manata təklif edilir. Əla növ unun kisəsinin qiyməti fabrikdən çıxışda may ayında 26,8 manat olduğu halda, hazırda 28,5 manatdır. 

Bu sahədə çalışan şirkətlər bahalaşmanı Rusiyanın taxıl ixracına məhdudiyyət qoyması ilə izah edirlər.

Bəs görəsən unun qiymətindəki artım un məmulatlarına təsir edəcəkmi? 

Mövzu ilə bağlı danışan iqtisadçı - ekspert Akif Nəsirli bildirib ki, hazırda unun bahalaşması birbaşa bu sahədəki inhisarlaşma ilə bağlıdır: 

“Birinci onu qeyd edim ki, Azərbaycanda unun bahalaşması şirkətlərin sövdələşməsi nəticəsində baş verir. Rusiya Azərbaycana ixracatda heç bir məsuliyyət və rüsum tətbiq etmir. Hesab edirəm ki, qiymətlərin bahalaşması un məmulatlarına təsir etməyəcək. Çünki undan ən çox hazırlanan məhsul çörəkdir və ən bahalı çörəyin maya dəyəri 25-28 qəpikdir. Bu məhsullar maya dəyərindən onsuz da kifayət qədər baha satılır və istehsalçılara yüksək mənfəət gətirir. Ona görə də, düşünmürəm ki, un məmulatlarının və çörəyin qiyməti qalxsın”. 

Ekspertin fikrincə, ərzaq buğdasının ucuzlaşması il boyu davam edəcək:

“Digər tərəfdən, taxıl biçiminin başlanmasına sayılı günlər qalıb. Artıq 1 həftədən sonra ölkənin Aran rayonlarında buğda yığımı başlayacaq. Bu isə ölkə daxilində buğdanın qiymətini bir qədər aşağı salacaq. Ümumiyyətlə, bütün dünyada ərzaq buğdasının qiyməti ucuzlaşmaqdadır. Üstəlik, hazırda ölkədə un üyüdülən buğda qışda alınıb. Həmin vaxt ümumiyyətlə ərzaq buğdasının 1 tonu 220 dollara qədər düşmüşdü. Yəni yanvar ayından indiyə qədər buğda ucuzlaşmaqda davam edir. Hazırda Rusiyadan buğda idxalı minimum həddədir və unun bahalaşması bununla bağlı deyil”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40
image

Paşinyan Ərdoğana zəng etdi

  • 19.06.2024 - 09:40
image

Sabah 40 dərəcə isti olacaq

  • 18.06.2024 - 16:22