Çərşənbə, 22 May

Ukrayna ABŞ-dan İran PUA-larına qarşı vasitələr istəyib

image

Ukrayna ABŞ-dan ölkənin Silahlı Qüvvələrinə İran pilotsuz uçuş aparatlarını vurmağa kömək edəcək C-RAM sistemlərini tədarük etməyi xahiş edib.

Bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukun ABŞ Konqresinə ünvanladığı məktubda bildirilib.

Stefançuk məktubunda C-RAM yüksək mobil hava hücumundan müdafiə sistemlərinin Ukraynaya çatdırılmasına başlanmasının zərurətini vurğulayıb. Belə ki, bu sistemlər vacib obyektlərin və xüsusilə mühüm elektrik stansiyalarının qorunmasına kömək edə bilər.

Qeyd edək ki, C-RAM-da daxili təhlükə izləmə radarı var. Sistem həmçinin böyük sürətli atəş topu ilə təchiz olunub. C-RAM dəqiqədə təxminən 4500 atış edə bilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06