Çərşənbə axşamı, 21 May

Jirinovskinin yerinə bu siyasətçi Liberal Demokrat Partiyasının sədri seçildi

image

Mayın 27-də cümə günü Liberal Demokrat Partiyasının Moskvada keçirilən növbədənkənar XXXIV qurultayında Dövlət Dumasında LDPR fraksiyasının rəhbəri Leonid Slutski partiyanın sədri seçilib.

Xəbər verilir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, Slutski qurultay nümayəndələri tərəfindən gizli səsvermə yolu ilə seçilib.
Xatırladaq ki, mayın 18-də səs çoxluğu ilə o, Liberal Demokrat Partiyasının Duma fraksiyasının rəhbəri seçilib.
Fraksiyanın iclası mayın 17-də partiyanın lideri və qurucusu, apreldə vəfat etmiş Vladimir Jirinovskinin səlahiyyətlərinə xitam verildikdən sonra baş tutub.

Jirinovskinin ölümündən sonra Slutski fraksiya rəhbərinin səlahiyyətlərini icra edirdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06