Çərşənbə, 22 May

Axtarış

məhkə” üzrə 2170 nəticə tapıldı

01.04.2024 - 18:25

Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndi

“Zaloğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qəbələ rayon ərazisində işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qəbələ rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Araşdırma zamanı qeyd olunan Cəmiyyətin direktoru Tural Zalovun əmək müqaviləsi bağlamadan Qəbələ


01.04.2024 - 17:16

Avtoxuliqanlıq edən xanım saxlanılıb

Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən xanım sürücü saxlanılıb Bakı şəhər DYP İdarəsindən verilən məlumata görə, BMW markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.


30.03.2024 - 21:24

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı

Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Xəbər verilir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, “Hyundai” markalı, 99-SY-403 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları


30.03.2024 - 12:51

Ana əkiz övladlarını doğulan kimi tanışlarına satdı

Qazaxıstan sakini öz uşaqlarını satmaqda təqsirli bilinib. Xəbər verilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Aral rayon sakini əkiz övladına hamilə olduğunu öyrənib və uşaqları dünyaya gəldikdən sonra onları satmaq qərarına gəlib. Qadın onun şərtləri ilə razılaşan tanıdığı ər-arvadla razılığa gəlib. Təqsirləndirilən şəxs ilk pul köçürməsini hamiləlik dövründə


25.03.2024 - 20:17

Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib

Rusiyanın paytaxtı Moskvanın Basmannı məhkəməsi “Krokus”da terror aktı ilə bağlı iş üzrə beşinci müttəhim Dilovar İslamovu həbs edib. Xəbər verilir ki, bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb. D.İslamov bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. O, mayın 22-dək istintaq təcridxanasında qalacaq.


25.03.2024 - 18:40

Dani Alveş 14 aydan sonra həbsxanadan çıxıb

Braziliya millisinin və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Dani Alveş 14 aydan sonra həbsxanadan çıxıb. Xəbər verilir ki, 40 yaşlı keçmiş müdafiəçi 1 milyon avronu toplaya bilib və onu girov kimi ödəyib. Martın 20-də Barselona məhkəməsi Alveşin girov müqabilində azadlığa buraxılmasına qərar verib. Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüzdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilmiş


25.03.2024 - 12:13

Terror aktını törədənlər ömürlük həbs ediləcəklər

Krokusda terror aktı ilə bağlı iki müttəhimə qarşı ittiham irəli sürülüb və onları ömürlük həbs gözləyir.  Xəbər verilir ki, bu barədə Moskvanın Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, iş üzrə təqsirləndirilən şəxslər Raçabalizoda Saidakrami Murodali və Mirzoev Dalerjon Barotoviç mütəşəkkil dəstənin tərkibində bir neçə nəfərin ölümü ilə nəticələnən


21.03.2024 - 18:38

Rüşvət alan gömrükçü barədə növbəti dəfə fərqli qərar qəbul olundu

Şirvanlı Gömrük Postunun 240 manat rüşvət aldığına görə 7 il 6 ay azadlıqdan məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi yenidən araşdırılıb. Əldə etdiyimiz məlumata görə, Bakı Apellyasiya Məhkəməsi sabiq gömrükçü barədə əvvəlki qərarını dəyişib. Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilərək azadlığa buraxı


21.03.2024 - 09:51

ABŞ-nin Ədliyyə Nazirliyi “Apple”a qarşı iddia qaldırmağa hazırlaşır

ABŞ-nin Ədliyyə Nazirliyi rəqiblərin “iPhone”nun aparat və proqram təminatı funksiyalarına girişini əngəlləməklə antiinhisar qanunlarını pozması ilə bağlı “Apple” korporasiyasına qarşı iddia qaldırmağa hazırdır. Məlumata görə, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, iddia martın 21-də federal məhkəməyə göndərilə bilər. Bu, Ədliyyə Nazirliyinin antiinhisar qanunlarını pozduğuna görə “Apple”a son 14 ildə 3


20.03.2024 - 13:31

Arda Turana həbs cəzası verildi

“Barselona”nın və Türkiyə milli futbol komandasının sabiq yarımmüdafiəçisi Arda Turan İspaniyada vergi cinayətlərinə görə şərti olmaqla bir il həbs cəzası alıb və 630 min avro məbləğində cərimə olunub. Xəbər verilir ki, bu barədə Kataloniya Ali Məhkəməsi məlumat yayıb. Tərəflər 2015 və 2016-cı illər üzrə gəlir vergisinin ödənilməməsi ilə bağlı iş üzrə razılığa gəliblər. Nə


19.03.2024 - 18:24

Sumqayıtda yeddi yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi - FOTO/VİDEO

Sumqayıt şəhərində məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilova hökm oxunub. Xəbər verilir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə müttəhim son söz deyib. Daha sonra hakimlər müşavirəyə gedib və qayıdaraq hökmü elan ediblər. Hökmə əsasən, M.Xəlilov 19 il müddətinə


19.03.2024 - 16:21

Həsən Əzizovu döyən idmançılarla bağlı yeni qərar

Xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman və Rüfət Əsədovun həbs müddəti uzadılıb. Xəbər verilir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən proseslərdə qəbul olunub. Qərara əsasən, onların hər biri barəsində olan


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06