Şənbə, 29 İyun

Taliban ölkəni bu qanunlarla idarə edəcək - Açıqladılar

image

Əfqanıstanda iqtidarda olan Taliban müvəqqəti hökumətin Məhəmməd Zahir Şahın dönəmindəki konstitusiyasını əsas götürəcəyini açıqlayıb.

Xəbər verilir ki, bu barədə Talibanın ədliyyə naziri Əbdül Hakim Şəri açıqlama verib.

O, konstitusiyanın şəriət və Talibanın prinsiplərinə zidd olmayan maddələrinin tam olaraq yerinə yetiriləcəyini söyləyib.

“İslam Əmirliyinin müvəqqəti hökuməti İslam şəriətinə və İslam Əmirliyinin prinsiplərinə zidd heç bir məzmun olmadan Məhəmməd Zahir Şah dönəminin konstitusiyasını həyata keçirəcək”, - Şəri bildirib.

O, qadınlara səs vermək və siyasi sahədə fəaliyyət göstərmək hüququ verən 1964-cü il konstitusiyasının bu müddəalarını tətbiq edib-etməyəcəklərini açıqlamayıb.

1973-cü ildə Zahir Şahın devrilməsinə qədər qüvvədə olan və bütün səlahiyyətləri əsasən şahın üzərinə cəmləyən konstitusiya ölkənin monarxiya qanunu olaraq tanınır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35
image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14