Bazar, 30 İyun

Bu da mı təsadüf? - Əsəd Türkiyəyə mesaj göndərdi, Makron hərəkətə keçdi

image

Suriya lideri Bəşər Əsəd Türkiyə ilə dialoq qurmağa hazır olduğunu bəyan edib. Lakinelə həmin  gün Paris Apellyasiya Məhkəməsi 2013-cü ildə Qutada həyata keçirilən kimyəvi hücumlara görə Əsədə qarşı çıxarılan beynəlxalq həbs qərarını təsdiqləyib.

Xəbər verilir ki, Suriya prezidenti Bəşər Əsəd paytaxt Dəməşqdə Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb. Əsəd görüş zamanı Türkiyə ilə bağlı diqqətçəkən mesajlar verib. Türkiyə ilə əlaqələri inkişaf etdirməyə açıq olduğunu bildirən Əsəd deyib ki, “Suriya, ölkənin bütün ərazisindəki suverenliyi ilə terror və terror təşkilatları ilə mübarizəyə əsaslanan Suriya-Türkiyə münasibətlərinə yönəlmiş bütün təşəbbüslərə açıqdır”.

Xüsusi nümayəndə Lavrentiyev Türkiyə-Suriya əlaqələri ilə bağlı bütün təşəbbüsləri dəstəklədiklərini bildirib. Lavrentyev: “Biz görürük ki, vasitəçiliklərin uğur qazanması üçün şərait həmişəkindən daha əlverişlidir. Rusiya danışıqların irəliləməsi üçün bundan sonra da səy göstərməyə hazırdır. Məqsəd Suriya ilə Türkiyə arasında əlaqələrin bərpasına nail olmaqdır.

FRANSA NARAHAT OLDU

Ankara ilə Dəməşq arasında son vaxtlar verilən bəyanatlar Fransanı narahat edib. Fransa məhkəməsi Əsədin 2013-cü ildə Suriyanın Şərqi Quta bölgəsində kimyəvi hücumda iştirakı ilə bağlı onun həbsinə dair orderi təsdiqləyib. Qeyd edək ki, Paris məhkəməsi 2021-ci ildə 2013-cü ildə 1400-dən çox mülki şəxsin öldürüldüyü kimyəvi hücumlarla bağlı istintaqa başlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mask Baydeni ələ saldı

  • 30.06.2024 - 15:36
image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55
image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35
image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14