Cümə, 28 İyun

Bakıda 14 bağçaya müdir təyin olundu 

image

Ötən tədris ilində Bakıda məktəbəqədər təhsil müəssisələrinə müdir və tərbiyəçi müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqələr keçirilib. 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, müsabiqələrin müsahibə mərhələlərində uğur qazanmış 14 nəfər müdir, 128 nəfər isə tərbiyəçi müəllim vəzifəsinə işə qəbul hüququ qazanıb. 

Həmçinin qeyd edilib ki, 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 3 024 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində tədris ili ərzində 2 769 nəfər işə qəbul olunub. 

Bunlardan 1 227 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1 245 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 297 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.  Klinikalar

Həmçinin tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 494 ixtisaslı kadr dəvət edilib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35
image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14