Cümə, 28 İyun

İsti havalarda qidalanmaya dair məsləhətlər - Diqqətli olun

image

İsti havalarda həddindən artıq yağlı və şəkərli qidalar yerinə tərkibində su, vitamin və mineral tərkibi yüksək olan meyvə-tərəvəz və bütöv dənli bitkilərlə qidalanmaq daha faydalıdır.

Xəbər verilir ki, türkiyəli mütəxəssis Dilara Koçak “Aralıq dənizi pəhrizi”nin buna ən yaxşı nümunə olduğunu bildirir:

“Balıq, zeytun yağı ilə tərəvəz, meyvə və salat ən yaxşı seçimdir. Bundan əlavə, istiliklə tərləmə sürəti artdığından, elektrolit balansını təmin edəcək qatıq, ayran, “cacık” və mineral su qəbulu unudulmamalıdır.

Qızardılmış yeməklər, həddindən artıq yağlı qidalar və ya içalat yerinə, yağları çıxarılaraq buxarda və ya qaynadılmış şəkildə hazırlanmış ətlər yeyilməlidir.

Tərkibində omeqa-3 yağ turşuları olan balıq həftədə iki dəfə qəbul edilməlidir. SEO Xidməti

Qan şəkərinin sürətlə yüksəlməsinə və düşməsinə səbəb olan yağlı, şəkərli, ağır desertlər yerinə meyvəli dondurma və ya südlü desertlər yeyilməlidir”.

Ekspertin sözlərinə görə, yay aylarında xüsusi qidalanma rejiminə diqqət etməli və bol maye qəbul etməyi unutmamalısınız:

“İyunun ortalarına doğru günlər uzanır və günəş gec batır, ona görə də şam yeməyi çox gec yeyilməməlidir. Son yeməyinizi yatmamışdan 2 saat əvvəl yeyə bilərsiniz, lakin bu kiçik qəlyanaltı olmalıdır. Şam yeməyi 20:00 və ya heç olmasa 20:30 civarı olmalıdır, amma yay axşamları daha çox dəvətlər və xüsusi gecələr olduğu üçün bu saatlara riayət etmək mümkün deyil.

Yayda bədənimizdən maye itkisi tər, tənəffüs, nəcis və sidiklə baş verir. Gündəlik maye tələbatı metabolizmə uğrayan hər kalori üçün 1 ml-dir, yəni orta hesabla 2000 kalori üçün qadınlara 2000 ml (2 litr), kişilərə 2500 ml (2,5 litr), ancaq idman edərkən hər yarım saat üçün 1-2 stəkan da əlavə etmək lazımdır. Demək olar ki, 3 litr maksimum ehtiyacdır. Susuzluq hiss etməyinizi gözləmədən mütəmadi olaraq su içməyi unutmayın. Su içməkdə çətinlik çəkirsinizsə, içəcəyiniz suya bir-iki damcı meyvə suyu və ya təzə meyvə tikələri, nanə, limon və s. qataraq içə bilərsiniz.

Lazımi qədər su içib-içmədiyinizi idrar rəngini yoxlayaraq anlaya bilərsiniz. Əgər sidiyiniz rəngsizə yaxındırsa, maye qəbulu kifayətdir, əgər tünd sarıdırsa, kifayət deyil və mütləq su qəbulunu artərmalısınız”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35
image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14