Cümə, 28 İyun

Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək

image

Azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun oğlu Emin Bayramlı erməni lobbisinin ən böyük siyasi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) iclasında çıxış etməyə hazırlaşır.

Əldə etdiyimiz məlumata görə, Emin Bayramlı ilə bərabər, iclasda özlərini separatçıların "ombudsmanı" elan etmiş Geqam Stepanyan və qondarma rejimin "hüquqların müdafiəsi komitəsinin rəhbəri" Karnik Kerqanyan da iştirak edəcəklər.

Amerika Erməniləri Milli Komitəsinin tədbirində Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə ediləcək.

Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Onun barəsində ötən ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, məhkəmə bu ilin aprel ayının 22-də Q.İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35
image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14