Bazar ertəsi, 01 İyul

Bu rayonlarda yaşayanlara XƏBƏRDARLIQ

image

Sabah Daşkəsən–Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgələrində Çaylarda gözlənilən daşqın və sellə bağlı xəbərdarlıq edilib.

Xəbər verilir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Məlumata görə, həmin bölgələrə leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir ki, bu da qeyd olunan ərazilərdən axan çaylarda sululuğun artması və sel keçməsi ehtimalını yaradır.

Baş hidroloq sel təhlükəsi olan ərazilərdən axan çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.

“Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”, - o bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37
image

Mask Baydeni ələ saldı

  • 30.06.2024 - 15:36
image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55
image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35
image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14