Çərşənbə, 03 İyul

Xaçmazda qadın hoteldə öldü

image

Xaçmazda iki ölüm hadisəsi baş verib.

Əldə etdiyimiz məlumata görə, ölüm hadisəsindən biri Xaçmazda fəaliyyət göstərən hotellərdən birində, digəri isə aptekdə baş verib.

Belə ki, ilkin məlumata görə hoteldə xadimə işləyən qadın anidən yıxılaraq ölüb. Onun ürəktutmasından öldüyü deyilir.

Digər hadisə isə aptekdə qeydə alınıb. Aptekdə işləyən nəvəsinin yanına dərman alamağa gələn Seyidağa Muradovun vəziyyəti anidən pisləşib və ölüb.

Xaçmaz Rayonu "Ulduz" hotelinin adminstratoru Rasim Qədirov məlumatı Oxu.Az-a təsdiq edib.

O bildirib ki, vəfat edən xadimə 10 ildən çoxdur onların əməkdaşı olub:

"Bu gün səhər həkimə gedib, sonra işə gəlmişdi. Elə ürəyində problemləri var idi. Əməkdaşımız Şəfiqə Ağamirovanın 66 yaşı var idi. Həyat yoldaşı vəfat etmişdi. Hadisə səhər saat 10:00-11:00 radələrində baş verib. Ailə yaxınlarına məlumat verilib".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05
image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37