Çərşənbə, 03 İyul

Ukrayna 1000 km-dən çox uçuş məsafəsi olan dron istehsalına başlayıb

image

Ukrayna 1000 km-dən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin kütləvi istehsalına başlayıb.

Xəbər verilir ki, bu barədə “Ukroboronprom”un baş direktoru German Smetanin məlumat verib.

“Biz kifayət qədər qısa müddət ərzində öz uzaqmənzilli hücum pilotsuz təyyarələrimizi hazırlayaraq kütləvi istehsala başladıq”, - deyə Smetanin qeyd edib.

O bildirib ki, Rusiyanın nəhəng resursları və çox güclü sənayesi var, ona görə də onun yanaşmasını kor-koranə təkrarlamağın mənası yoxdur.

“Biz daha çevik və ixtiraçı olmaq məcburiyyətindəyik. Belə olan halda müharibədə dönüş yaratmaq mümkündür”, - deyə Smetanin əlavə edib.

“Ukroboronprom”un baş direktoru bildirib ki, müharibə illərində Ukrayna müxtəlif tipli dronların, xüsusən də uzaqmənzilli pilotsuz təyyarələrin istehsalını genişləndirib. Bundan əlavə, Ukraynada dəniz pilotsuz təyyarələri istehsal olunmağa başlayıb. Söhbət “Sea Baby” və “Magura V5” pilotsuz hücum platformalarından gedir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05
image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37
image

Mask Baydeni ələ saldı

  • 30.06.2024 - 15:36
image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55