Şənbə, 20 İyul

Səyahət sığortası neçəyə başa gəlir? - RƏSMİ AÇIQLAMA

image

Azərbaycanda səyahət sığortası könüllü olsa da, ABŞ, Kanada və bir sıra Avropa ölkələrində məcburidir.

Həmin ölkələrə səfər edən şəxslərdən viza ilə yanaşı, səyahət sığortası da tələb olunur.

Turizm üzrə ekspert Azər İsmayıl bildirib ki, səyahət sığortasının gününə iki-üç avro ödəyərək yarana biləcək problemlərdən azad ola bilərsiniz.

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyevin sözlərinə görə, sığorta tarifləri turistin getdiyi ölkədən, müddətdən və digər faktorlardan asılıdır:

"Təcrübədə görünür ki, xaricə səyahət əsasən qısamüddətli olur. Ona görə də qiymətlər nisbətən münasibdir".

Qeyd edək ki, xaricə səfər edən vətəndaş orada hər hansı bir bədbəxt hadisə ilə qarşılaşdığında sığorta müqaviləsindəki qeyd olunan nömrəyə zəng etməlidir. Şirkət isə onun hansı xəstəxanaya yaxınlaşmalı olduğunu və müştərinin bütün xərclərini ödəməlidir.

Ətraflı ATV-nin süjetində:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15