Çərşənbə axşamı, 19 Mart

Rusiya yenidən Xersonu vurdu - Yaralılar var

image

"Rusiya işğalçıları Xerson vilayəti ərazisini 34 dəfə atəşə tutub". 

Xəbər verilir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyası məlumat yayıb.

Bildirilib ki, artilleriya, minaatan, tanklar və PUA-lardan zərbələr endirilib. Nəticədə 4 nəfər yaralanıb. 

Şəhərdə yaşayış binalarına ziyan dəyib. Belə ki, fevralın 2-nə olan məlumata görə, rus qoşunları ötən sutka ərzində Xerson vilayətini 34 dəfə atəşə tutub. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11