Çərşənbə axşamı, 21 May

“Rusiya Ordusunda panika, gərgin əhval-ruhiyyə yaranıb” - ŞƏRH

image

“Rusiya genişmiqyaslı hücum kampaniyası həyata keçirmək niyyətindədir. Ukrayna Ordusu isə ciddi dirəniş göstərir. Mövcud statistikaya əsasən, Rusiyanın nəzərdə tutduğu genişmiqyaslı müharibə planı artıq iflasa uğrayıb. İndiyə qədər Rusiyanın 6 qırıcı təyyarəsi, 2 helikopteri vurulub, bir neçə tankı uzaqdan müasir silahlarla sıradan çıxarılıb. Ona görə də Rusiya Ordusunda panika, gərgin əhval-ruhiyyə yaranıb”.

Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Ukrayna Ordusu əks-hücuma keçərək Donbassı geri qaytara bilib: “Təkcə həmin döyüşlərdə Rusiyanın 50-dən çox, ümumilikdə isə 90-a yaxın əsgəri öldürülüb. Ukraynanın əsgəri itki sayı isə 9 nəfər, yaralısı isə təxminən 12 nəfərdir. Deməli, döyüşlər bərabər səviyyəlidir. Rusiya proqnozlaşdırdığı kimi birmənalı üstünlük qazana bilmir. Ona görə də Rusiyaya etiraz artır, Ukraynaya yardım istəkləri çoxalır.

BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın əməllərini pisləyən qətnamə qəbul edib. Bu gün isə G-7 ölkələrinin başçıları görüşüb, Rusiyaya qarşı sanksiyalar paketini müzkirə ediblər. Onsuz da indi tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərib: dollar və avro rublu “yeməyə” başlayıb.

Rusiyanın məlumatlarına görə, oliqarxların bu müddətdə itirdiyi məbləğ təxminən 30-50 milyard dollardır. Yəni, proses dərinləşməkdədir, üstəlik Rusiyanın daxilində də çaxnaşma yaşanır. Hesab edirəm ki, Ukrayna Ordusu belə vəziyyətdə qəhrəmancasına döyüşə bilər və nəticədə Rusiyanın itkiləri artar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06