Şənbə, 18 May

Axtarış

teleskop” üzrə 21 nəticə tapıldı

20.04.2024 - 16:29

Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO

Bu həftəsonu Lirida adlı “ulduz yağışı” (meteor yağışı) yaz mövsümündə pik həddinə çatacaq. Aprelin 14-dən başlayan Lirida “ulduz yağışı” aprelin 30-dək davam edəcək, lakin bir neçə gecə onu tam şəkildə müşahidə etmək olacaq. Alimlərin fikrincə, Lirida yağışı C/1861 G1 Tetçer kometasından əmələ gəlir. İlk dəfə eramızdan əvvəl 687-ci ildə Çində aşkar olunan bu ulduz yağışı ən qədim müşahidə tarixinə malik ulduz yağışlarındandır. Liridanı


28.03.2024 - 13:07

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü yayımlandı - FOTO

Alimlər qalaktikamızın mərkəzindəki qara dəliyin yeni görüntüsünü aşkar ediblər. Xəbər verilir ki, Event Horizon Teleskopu (EHT) Süd Yolu Qalaktikasının mərkəzində yerləşən superkütləli “Sagittarius A*” qara dəliyinin aydın fotosunu paylaşıb. Məlumata görə, EHT qara dəliyin aydın fotolarını dərc edib. Alimlərin ilk dəfə 2022-ci ilin mayında görüntüsünü əldə edə nildikləri “Sagittarius A*”,


20.02.2024 - 14:21

Günəşdən 500 trilyon dəfə daha parlaq cisim kəşf edilib

Alimlər Günəşdən 500 trilyon dəfə daha parlaq olan kvazarı kəşf ediblər və onu “kainatın ən parlaq obyekti kimi qiymətləndirirlər". Xəbər verilir ki, Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyi ilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar haqqında təəccüblü təfərrüatlar tapıblar. Astronomlar araş


29.01.2024 - 10:45

Bu planetdə su tapıldı

Astronomlar “Hubble” Kosmik Teleskopu ilə GJ 9827d planetində su molekullarını kəşf ediblər. Xəbər verilir ki, bununla bağlı NASA məlumat yayıb. Belə ki, kiçik və isti planet Yerdən 97 işıq ili uzaqlıqda yerləşir və diametri yaşadığımız planetdən təxminən iki dəfə böyükdür. Atmosferində su buxarı olduğu müəyyən edilən GJ 9827d ən kiçik ekzoplanet olaraq qeydə alınıb.


11.12.2023 - 14:17

NASA-nın kosmik teleskopu kaninatda “kabus”u görüntülədi - FOTO

NASA-nın "Ceyms Vebb" kosmik teleskopu tərəfindən çəkilən fotoda sirli “kabus” görüntüsünə rast gəlinib. Xəbər verilir ki, tozlu qalaktika əvvəllər "Hubble Kosmik Teleskopu" tərəfindən tamamilə aşkar görünməmişdi, lakin "Ceyms Vebb" tərəfindən aydın təsvir edilib. Belə ki, böyük partlayışdan təxminən 1 milyard il əvvəl mövcud olan "AzTECC71"in yenidən ortaya çıxması astronomları həyəcanlandırıb. "Ceyms


08.11.2023 - 17:02

Həyatı dəstəkləyə biləcək daha səkkiz planet tapıldı

TESS kosmik teleskopu artıq qalaktikamızda müxtəlif növ, kütlə və ölçülərdə bir neçə min ekzoplanet aşkar edib. Astronomlar qrupu teleskop məlumatlarını təhlil edərək super Yerlər kateqoriyasına aid olan səkkiz yeni planetin müəyyən edildiyini açıqlayıb. Xəbət verilir ki, TESS teleskopu günəş sistemimizdən kənarda olan planetləri axtarmaq üçün xüsusi hazırlanıb. Hazırda alimlər 400 planetin mövcudluğunu təsdiqləyiblər və


14.09.2023 - 11:54

NASA açıqladı: Kosmosda həyatın izləri tapılmış ola bilər

NASA-nın (Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) “James Webb” teleskopunun “K2-18b” planetində tapdığı molekulun kosmosda həyatın olduğuna dəlil ola biləcəyi açıqlanıb. Xəbər verilir ki, təsdiqlənməmiş məlumatlara görə, 120 işıq ili uzaqlıqdakı “K2-18b” planetində yalnız Yerdəki canlılar tərəfindən istehsal olunan “dimetil sulfid” (DMS) adlı molekul mövcud ola bilər. Tədqiqatçılar həmçinin planetin atmosferində metan və karbon qazı


27.01.2023 - 09:00

9 milyard işıq ili uzaqlıqdakı qalaktikadan gələn siqnal aşkarlandı

Alimlər Yerdən 9 milyard işıq ili uzaqlıqda yerləşən başqa bir qalaktikadan gələn siqnal aşkar ediblər. Xəbər verilir ki, radio siqnalı Hindistanın Pune şəhərində yerləşən nəhəng teleskop tərəfindən qəbul edilib. Alimlər bildirir ki, siqnal SDSSJ0826+5630 adlı qalaktikadan yayılır. Həmin qalaktika ulduz əmələ gətirən qalaktikadır. Siqnalın Yerə çatması 9 milyard il çəkib. Mütəxəssislərin sözlərinə görə radio siqnalı 9


24.01.2023 - 16:53

Yerin yaxınlığından asteroid keçəcək

Yanvarın 26-da Yerin yaxınlığından diametri 5-6 metr olan asteroid keçəcək. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, müşahidə ediləcək göy cisminə müvəqqəti olaraq "2023 BU" adı verilib. "2023 BU asteroidi yüksək parlaqlığa malikdir. Onu hətta həvəskar teleskoplarla da müşahidə etmək mümkün olacaq. Lakin asteroidi yalnız Yer kürəsinin cənub yarımkürəsinin sakinləri görə bilə


02.09.2022 - 16:13

Günəş sistemindən kənar planetin ilk şəkli - FOTO

NASA, ən yeni Ceyms Uebb kosmik teleskopu ilə çəkilmiş Günəş sistemindən kənar planetin ilk şəklini dərc edib.  NASA izah edib ki, bu planet nəhəng olsa da həyat üçün yararsızdır. Onun qayalı səthi yoxdur. Planet HIP 65426 b adlandırılıb. Kosmik teleskop vasitəsilə onun dörd şəkli çəkilib.  Qeyd edilir ki, HIP 65426 b Yupiterin kütləsini 6-12 dəfə üstələyir. Eyni zamanda, onun yaşı təxminən 15-20 milyon ildir, yəni Yerdən çox azdı


25.08.2022 - 09:56

Super okeanı olan planet kəşf edilib

Monreal Universitetindən Çarlz Kadiyenin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu Drako bürcündən təxminən 100 işıq ili məsafədə yerləşən ikili sistemdəki ulduzlardan birinin orbitində fırlanan TOI-1452 b ekzoplanetinin kəşfini açıqlayıb. Güman edilir ki, bu planet super Yerdir və tamamilə okeanla örtülüdür. Ekzoplanet TESS kosmik teleskopunun köməyi ilə tapılıb. Astronomlar Mon-Meqantik rəsədxanasından aparılan yerüstü müşahidələr sayəsində namizəd


09.06.2022 - 09:38

10 milyardlıq teleskop meteorla toqquşdu

Bir neçə ay öncə buraxılan “Ceyms Vebb” teleskopu meteorla toqquşub. Xəbər verilir ki, bu barədə NASA məlumat yayıb. Məlumata görə, toqquşma may ayında baş verib və bu, teleskopun buraxılışından bəri 5-ci toqquşmadır. “Meteor teleskopun güzgülərindən birinə dəyib. İlkin qiymətləndirmələrdən sonra komanda teleskopun hələ də bütün missiya tələblərini aşan səviyyədə fəaliyyət göstərdiyini


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41