Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü yayımlandı - FOTO
Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü yayımlandı - FOTO
Alimlər qalaktikamızın mərkəzindəki qara dəliyin yeni görüntüsünü aşkar ediblər.
Xəbər verilir ki, Event Horizon Teleskopu (EHT) Süd Yolu Qalaktikasının mərkəzində yerləşən superkütləli “Sagittarius A*” qara dəliyinin aydın fotosunu paylaşıb.
Məlumata görə, EHT qara dəliyin aydın fotolarını dərc edib.
Alimlərin ilk dəfə 2022-ci ilin mayında görüntüsünü əldə edə nildikləri “Sagittarius A*”, Süd Yolunun mərkəzində yerləşir.
Yeni görüntü sayəsində qara dəliyin ətrafındakı maqnit sahələri də müşahidə edilə bilər.
Qara dəliyin ilk şəkli EHT tərəfindən 2019-cu ildə dərc edilib. Bu qara dəlik Yerdən 55 milyon işıq ili uzaqda olan M87 qalaktikasının mərkəzində yerləşir.
Günəşdən 6,5 milyard dəfə ağır olan qara dəlik, Süd Yolu Qalaktikasından 54,8 milyon işıq ili uzaqlıqda, M87 Qalaktikasında yerləşir.
Azadsoz.com