Çərşənbə, 15 May

10 milyardlıq teleskop meteorla toqquşdu

image

Bir neçə ay öncə buraxılan “Ceyms Vebb” teleskopu meteorla toqquşub.

Xəbər verilir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, toqquşma may ayında baş verib və bu, teleskopun buraxılışından bəri 5-ci toqquşmadır.

“Meteor teleskopun güzgülərindən birinə dəyib. İlkin qiymətləndirmələrdən sonra komanda teleskopun hələ də bütün missiya tələblərini aşan səviyyədə fəaliyyət göstərdiyini müəyyən edib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, mühəndislər mikrometeoroitin yaratdığı bəzi təhrifləri aradan qaldırmaq üçün güzgünün seqmentini yenidən işləməyə başlayıblar.

Qeyd edək ki, NASA, EASA və Kanada Kosmik Agentliyinin birgə layihəsi olan “Ceyms Vebb” kosmik teleskopu ötən ilin dekabrında buraxılmışdı. 10 milyard dollar dəyəri olan teleskop yanvar ayında Yerdən təqribən 1.6 milyon km uzaqlıqdakı Laqranj nöqtəsinə yerləşdirilib. Teleskopun iyul ayında ilk tam rəngli kosmik şəkillərini çəkəcəyi gözlənilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00