Cümə, 17 May

Günəş sistemindən kənar planetin ilk şəkli - FOTO

image

NASA, ən yeni Ceyms Uebb kosmik teleskopu ilə çəkilmiş Günəş sistemindən kənar planetin ilk şəklini dərc edib. 

NASA izah edib ki, bu planet nəhəng olsa da həyat üçün yararsızdır. Onun qayalı səthi yoxdur. Planet HIP 65426 b adlandırılıb. Kosmik teleskop vasitəsilə onun dörd şəkli çəkilib. 



Qeyd edilir ki, HIP 65426 b Yupiterin kütləsini 6-12 dəfə üstələyir. Eyni zamanda, onun yaşı təxminən 15-20 milyon ildir, yəni Yerdən çox azdır (təxminən 4,5 milyard il). Bildirilib ki, fotoşəkili çəkilən planet artıq 2017-ci ildə aşkar edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41