Cümə axşamı, 02 May

NASA açıqladı: Kosmosda həyatın izləri tapılmış ola bilər

image

NASA-nın (Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) “James Webb” teleskopunun “K2-18b” planetində tapdığı molekulun kosmosda həyatın olduğuna dəlil ola biləcəyi açıqlanıb.

Xəbər verilir ki, təsdiqlənməmiş məlumatlara görə, 120 işıq ili uzaqlıqdakı “K2-18b” planetində yalnız Yerdəki canlılar tərəfindən istehsal olunan “dimetil sulfid” (DMS) adlı molekul mövcud ola bilər.

Tədqiqatçılar həmçinin planetin atmosferində metan və karbon qazının aşkar edildiyini bildiriblər. Bu kəşf “K2-18b”nin su okeanına malik olduğu mənasını verə bilər.

Araşdırmanı aparan professor Nikku Madhusudhan bildirib ki, Yer üzündə DMS yalnız canlılar tərəfindən istehsal olunur:

“Bununla belə, “K2-18b”də DMS-nin mövcudluğunu təsdiqləmək üçün daha çox məlumat lazımdır və qəti nəticələr bir il ərzində əldə ediləcəkdir. Məlumatlar təsdiqlənərsə, bu, böyük hadisə olar”.

Alimlər sözlərinə görə, ilk dəfə olaraq uzaq ulduzun ətrafında fırlanan planetdə DMS-nin olması ehtimalı müəyyən olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15