Bazar, 19 May

Axtarış

kansler” üzrə 107 nəticə tapıldı

17.07.2022 - 18:06

Növbədə Almaniya kansleridir? - ŞƏRH

Boris Consonun ardınca Almaniya kansleri Olaf Şols da istefaya gedə bilər. Almanları onun xarici siyasətdəki qərarsızlığı qıcıqlandırır. Gah Ukraynaya kömək edir, gah da ehtiyatlı davranır. Kiyevə piyada döyüş maşınları və tanklar vermir, daha sonra razılaşır.  Ukraynadakı müharibə Rusiya ilə Qərb arasında iqtisadi və siyasi böhranı günbəgün dərinləşdirməkdədir. Aramsız sanksiyalar qəbul edilir, lakin Rusiyanı çökdürmək siyasəti nəticə


16.07.2022 - 19:15

Putindən atəşkəs TƏKLİFİ- Kiyevin əks-hücumu nəticə verir

Britaniya hərbi kəşfiyyatı cümə axşamı gündəlik qiymətləndirməsində Ukrayna müharibəsində dönüş yaranması haqqında məlumat verib. Rus ordusunun Ukraynadakı irəliləyişi durdurulub. Almaniyanın “Tagesspiegel” qəzeti Britaniya kəşfiyyatına əsasən yazır ki, son üç gündə rus bölmələri bir metr irəliləyə bilməyiblər, əsgər çatışmazlığı var. Qəzet yazır ki, Kiyev qoşunları ABŞ-ın təchiz etdiyi “Himars” reaktiv yaylım atəş


09.07.2022 - 16:37

Putin Qərbə niyə belə racon kəsdi?

Fevralın 24-dən davam edən müharibədən ötən müdətdə Rusiya Prezidenti bir addım da geri çəkilməmişdi, indi isə ən azı üç addım da irəliyə getdi-niyəsi... Qərb liderləri Putinin “Rusiya Ukraynada hələ ciddi şəkildə heç nəyə başlamayıb” bəyanatının kodlarını oxumağa yəqin ki, cəhd edirlər. Onun “Qərbin bizimlə son ukraynalıya qədər döyüşmək istəyi Ukrayna xalqı üçün faciədir.


06.07.2022 - 18:12

Boris Conson istefa verməyəcək: Nazirlərsə bir-bir ərizə yazırlar - YENİLƏNİB

Böyük Britaniya hökumətində istefalar davam edir. Ailə məsələləri üzrə nazir Uill Kuins və Nəqliyyat Nazirliyinin xüsusi parlament katibi Lora Trott da istefa veriblər. “Bazar ertəsi günü indi həqiqətə uyğun olmadığı anlaşılan bəyanatları qəbul etdim və bunları mediaya təkrarladıqdan sonra bu səhər böyük kədər və təəssüf hissi ilə baş nazirə istefa ərizəmi təqdim etdim”, -  deyə Kuins “Twitter” hesabında


30.06.2022 - 20:16

"Sülh tətbiq olunarsa, Rusiyanın sanksiyaları ləğv olunmayacaq" - Şultz

Almaniya kansleri Ukraynaya qarşı məcburi sülh tətbiq olunarsa, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edilməyəcəyini açıqlayıb. Xəbər verilir ki, bu barədə Almaniya kansleri Olaf Şults açıqlama verib. Onun sözlərinə görə, Ukraynaya qarşı məcburi sülhün tətbiq ediləcəyi təqdirdə Moskvaya qarşı sanksiyaların ləğvi gözlənilmir. Çünki belə sülh Rusiyanın şərtləri ilə uyğun gəlir. Almaniya kansleri əlavə edib ki,


17.06.2022 - 15:16

Ukraynaya namizəd statusu "təcili" verilməlidir

Komissiya Moldovaya namizəd statusunun verilməsini də dəstəkləyib. Xəbər verilir ki, Aİ Komissiyası Ukrayna və Moldovanın üzv olmasını təklif edən rəsmi bəyanat yayıb. Aİ Komissiyasının sədri Ursula fon der Leyen Kiyev administrasiyasının bir sıra islahatlara getməsini gözlədiklərini bildirib. Aprelin 24-də başlayan Rusiya işğalından sonra ilk dəfə Kiyevə səfər edən Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş


14.06.2022 - 10:22

"Ukraynaya raketdən müdafiə sistemi verəcəyik" - Şolz

Almaniya Ukraynaya hərbi yardımını genişləndirəcək və bu ölkənin Silahlı Qüvvələrini əlavə silahlarla təmin edəcək. Müasir hava hücumundan müdafiə sistemləri və artilleriya əleyhinə radarların tədarükü planlaşdırılır. Xəbər verilir ki, bunu Almaniya kansleri Olaf Şolz Slovakiyanın baş naziri ilə görüşdən sonra deyib. Qeyd edək ki, bundan öncə mətbuatda Almaniya kansleri Olaf Şolzun Ukraynada müharibə başlayandan bəri


09.06.2022 - 20:07

Polşa prezidenti Putini Hitlerə bənzətdi

Polşa prezidenti Anjey Duda Fransa və Almaniya liderlərinin Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı danışıqlarını sərt şəkildə tənqid edib. Xəbər verilir ki, bu barədə Duda "Bild" qəzetinə müsahibəsində danışıb. Polşa lideri Vladimir Putini Adolf Hitlerə bənzədib.  "Hazırda Putinlə aparılan bütün danışıqlar məni heyrətə gətirir. Xüsusilə də Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun apardıqları danışıqlar...Bu danışı


08.06.2022 - 12:23

Merkel titrəməsinin səbəblərini açıqladı

Almaniyanın keçmiş Kansleri Angela Merkel xüsusilə də vəzifədə olduğu son dövrlərdə ictimaiyyət arasında titrəməsi ilə gündəm olmuşdu. Belə ki, Merkel bir sıra rəsmi görüşlər zamanı çətin anlar yaşamışdı. Xəbər verilir ki, Merkel vəzifədən getdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb və jurnalist Aleksandr Osanga müsahibəsində digər məsələlərlə yanaşı, titrəmə


06.06.2022 - 16:40

Berbok Ukrayna səfiri ilə görüşdən imtina etdi

Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın bu ölkədəki səfiri Andrey Melniklə görüşməkdən imtina edib. Xəbər verilir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Qeyd edək ki, səfir Andrey Melnik müharibə başlayandan bəri alman hökumətini Ukraynaya lazımi dəstək verməməkdə, Rusiyaya qarşı sərt münasibət göstərməməkdə ittiham edir. Səfir hətta Almaniya kansleri Olaf Şoltsu “incimiş


02.06.2022 - 17:47

Merkel Ukrayna ilə bağlı susqunluğunu pozdu

Almaniyanın sabiq kansleri Angela Merkel Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatları “barbar müharibə” kimi qiymətləndirib. O, Almaniya hökumətinin Ukraynaya yardımlarını tam dəstəklədiyini ifadə edib. A.Merkel müharibə ilə bağlı susqunluğunu hökumətə kənardan məsləhət verməmək istəyi ilə əlaqələndirib. Xatırladaq ki, Angela Merkel 16 il Almaniya hökumətinin başçısı olub.


28.05.2022 - 19:13

Putin Makron və Şoltsla Ukraynadakı vəziyyəti müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb. Xəbər verilir ki, telefon danışığı zamanı Ukraynadakı vəziyyətin aktual aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb. "Rusiya Prezidenti davam edən xüsusi hərbi əməliyyat kontekstində baş verən son hadisələr barədə həmkarlarına ətraflı məlumat verib, Rusiya Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquq normalarına ciddi əməl etdiyini qeyd edib, Mariupolda


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41