Cümə, 19 Aprel

Putin Qərbə niyə belə racon kəsdi?

image

Fevralın 24-dən davam edən müharibədən ötən müdətdə Rusiya Prezidenti bir addım da geri çəkilməmişdi, indi isə ən azı üç addım da irəliyə getdi-niyəsi...

Qərb liderləri Putinin “Rusiya Ukraynada hələ ciddi şəkildə heç nəyə başlamayıb” bəyanatının kodlarını oxumağa yəqin ki, cəhd edirlər. Onun “Qərbin bizimlə son ukraynalıya qədər döyüşmək istəyi Ukrayna xalqı üçün faciədir. Amma görünür, hər şey buna doğru gedir” sözləri bəs, nə deməkdir əcaba? Rusiya prezidenti “bu gün eşidirik ki, onlar(Qərb-N.S) bizi döyüş meydanında məğlub etmək istəyirlər, yaxşı, nə deyim, qoy cəhd etsinlər. Bu davam etdikcə, Rusiya ilə danışıqlar daha çətin olacaq” sözlərinin açması nə?

Bu bəyanat Rusiyanın özündə də xeyli suallar doğurub ki, buna Kreml sözçüsü Peskov aydınlıq gətirməyə çalışıb. “Putin bununla potensialların(Rusiya və Ukraynanın-N.Z) tamamilə müqayisəedilməz olduğunu xatırlatdı. Rusiyanın bu baxımdan(yəni hərbi-N.Z) potensialı o qədər böyükdür ki, onun yalnız cüzi bir hissəsindən indi xüsusi hərbi əməliyyatın gedişində istifadə olunur”deyə, Peskov bildirib.

aa.jpg (81 KB)

Qərb üçün əlbəttə ki, gözlənilməz bəyanatdır. Fevralın 24-dən davam edən müharibədən ötən müdətdə Putin bir addım da geri çəkilməmişdi. Əvvəlki açıqlamalarında “xüsusi hərbi əməliyyat məqsədinə çatanadək davam edəcək” deyirdisə, indi ən azı üç addım da irəliyə getdi.

Əslində, Lisiçanskinin işğalı ilə bağlı müdafiə nazirinin hesabatını dinləyəndə Putin dayanmayacaqlarını anons etmişdi. Putinin Şoyquya nə dediyini xatırlayın: “Qərb” və “Şərq” qrupları tapşırıqları yerinə yetirməyə davam edir, “Mərkəz” qrupu isə dincəlməlidir...” Niyə? Yəni davam edəcəklər?

62373cf3bfc1e.jpg (66 KB)

Putini ürəkləndirən səbəblər ortadadır. Sanksiyalar əlbəttə ki, Rusiyanın inkişafına ciddi əngəllər hələ qarşıdakı illərdə yaradacaq, bu, qaçılmazdır. Amma Putin onu da görür ki, “kollektiv Qərb” sanksiyalardan daha çox təsirlənib. Consonun istefasından sonra Estoniya baş naziri də ölkəsindəki inflyasiyanın qurbanı oldu. Bu proses domino effekti kimi davam edə bilər. Parlamentdə səs çoxluğunu itirən Fransa prezidentinin mövqeləri artıq laxlayıb, Almaniya kansleri Şolts hara gedir, fitə basırlar. Baydenin reytinqi dibə düşüb. Palatalara noyabr seçkiləri onun üçün də çətin olacaq...

16466-1646715847.jpg (35 KB)

Qərb liderləri onu hesablaya bilmədi ki, Rusiya ağılla başa düşülmədiyi kimi, sanksiyalarla xalqı ayağa qaldırıb Putini hakimiyyətdən qovmaq da mümkün olası iş deyil. Çünki Rusiya avtoritar ölkədir, hər şey nəzarətdədir, azad media, müxalifət yoxdur. Həm də sübut olundu ki, əvvəlki sanksiyalardan bəzi nəticələr çıxaran hakimiyyət qismən liberal iqtisadiyyat modelinə üstünlük verib. Xarici ixracatdan asılılığını mümkün qədər, bəlkə də daha keyfiyyətsiz olsa da, azaltmağa çalışıb. Rusa(rusiyalıya) “ehtiyac içində yaşa” demək olar, hətta buna məcbur etmək də. Amma ingilisə, almana, fransıza “isti suyu az işlət, çünki qaz yoxdur”, “bahalıqdırsa, az ye” demək olmaz. Çünki o insandır, seçicidir, vergi ödəyicisidir. Ayağa qalxıb səni o posta gətirdiyi kimi təpəsi aşağı da atmaq haqqı var...

Putin bu gün dedi ki, Rusiya sanksiyalara baxmayaraq, neft ixracını 3.5 faiz artırıb. Rusiya Avropa Birliyinin bəzi ölkələrinə əvvəlki kimi enerji ixracını davam etdirir, bu məsələdə də “kollektiv Qərb”in istədiyinə çatdığını demək olmur. Rusiya alternativ bazarlar axtarışındadır, məsələn, Hindistana əvvvəlkindən bir neçə dəfə daha çox neft satır. Həm də baha qiymətə. Putini irəli getməyə sövq edən birinci amil budur.
İkinci məsələ, hərbi üstünlükdür. Ola bilsin ki, Moskva Qərbin 2014-cü ildən bəri gücləndirdiyi Ukraynada bu cür müqaqvimətlə üzləşəcəklərini gözləmirdlər, bunu arada etiraf da edirlər. Amma söhbət Rusiyadan gedir, hərbi arsenalı Ukraynadan əlbəttə ki, güclüdr. 4 aydır ki, rəsmi olaraq 28 ölkənin hərbi və maliyyə dəstəyi verdiyi Ukrayna ilə təkbaşına döyüşür, itkilər verir, amma işğal planından geri çəkilmir, irəli gedir. ABŞ-ın, Almaniyanın və Fransanın minnətlə verdikləri zenit-raket kompleksləri də belə göründü ki, cəbhədəki vəziyyətə xüsusi təsir edə bilmir.

ukrayna_donetsk11.jpg (48 KB)

Rusiya Ukrayna işğalını həm də generallarının səbəbinə reallaşdırır. Ukraynada NATO generalları nə iş görə bildilər? Bir dəfə ağıllı hərbi strategiya qurdularmı, Ukraynaya bu sarıdan kömək edə bildilərmi? Çünki bu generallar məktəblərində ancaq qırıb-dağıtmağı öyrədirlər-Yuqoslaviyada, İraqda, Əfqanıstanda bu “sübut olunub”. Rusiya hərbi məktəbi isə razılaşaq ki, bir modeldir, yaradıblar bunu. (Kiçik haşiyə: Şuşaya Birinci Qarabağ müharibəsində bir artilleriya polkovniki gəlib çıxmışdı. Binoklla Xankəndiyə baxıb soruşub ki, indiyədək bu şəhərə neçə raket atmısız? Deyblər 3 min! Rus deyib ki, mən bu raketlərlə Moskvanın yarısını dağıdardım. O, bir az pulla bizə işlədi, topların yerini dəyişdirdi, “artilleriya riyaziyyat, həndəsə elmidir” dedi. Xankəndi erməniləri o zaman qaçmağa başladılar, şəhərə də ciddi ziyan vuruldu). Rusiyan hava üstünlüyü və həm də artilleriya ilə irəli gedir...

101973665.jpg (134 KB)

Putin bunları da hesablayır və “sonuncu ukraynalıyadək döyüşmək istəyində olan Qərbə racon kəsir", “danışıqlar olmayacaqsa, daha da irəli gedəcəyik” deyir. Bəs, “kollektiv Qərb” bu reallığı görmürmü? ABŞ aşağı-yuxarı nəticənin belə ola biləcəyini bilmirdimi? Ukrayna danışıqları mümkün olsaydı, Donbasa ölkənin daxilində status verilməsindən söhbət gedirdi. Bunu əngəllədilər, danışıqlar olmadı, müharibə başladı. İndi nəticə göz önündədir. Ukraynanın zəngin bir parçası da Rusiyanın yeminə çevrilir. Bilirdilər belə ola bilər, amma Ukrayna ilə bağlı oyun o qədər mühüm idi ki, gözəl ölkəni atdılar bir ayının caynaqları altına, guya da tam əzilməmək üçün əlləşirlər... Amma hara qədər? Sual budur! Yəqin onu istəyirlər ki, Ukrayna xalqı sınsın, ərazisini itirmək əvəzində sülhə razılaşsınlar. Bunlar da tülkü kimi quyruqlarını qısıb, “biz təslim olmadıq, Ukrayna təslim oldu” deyib, sifətlərini qorusunlar...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28