“kansler” üzrə 107 nəticə tapıldı
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq. Xəbər verilir ki, tərəflər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər. Türkiyə liderinin, həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da tə
Ukraynada Rusiyanın başlatdığı dağıdıcı və ölümcül müharibə artıq həftələrdir davam edir. Ukrayna müdafiə olunur, Ukrayna xalqı və dinc şəhərləri müharibənin dəhşətləri ilə qarşı-qarşıya qalır. Müharibədə Ukrayna xalqının mübarizəsi ilə yanaşı ona göstərilən yardımlar və Rusiyaya qarşı atılan addımlar da həlledici rol oynayır. Bu yardımlar Ukraynanın müqavimətini davam etdirməsinə kö
Rusiya prezidenti Vladimir Putin bu gün ölkə Təhlükəsizlik Şurasının operativ iclasını keçirəcək. Xəbər verilir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Şuranın daimi üzvlərinin iştirak edəcəyi iclasda müzakirə olunacaq məsələlər barədə daha sonra məlumat veriləcək. Eyni zamanda D.Peskov bu gün Rusiya prezidentinin fransalı həmkarı Emmanuel Makronla növbəti telefon danışığıını keçiriləcə
“Biz Rusiyanın geniş miqyaslı müharibə istiqamətində böyük hazırlıqlar aparması barədə sizi xəbərdar edirdik. Biz sizdən soruşurduq ki, Ukrayna NATO-ya qoşulmaq üçün nə etməlidir? Lakin bizə cavab verilmirdi və deyilirdi ki, bu, mümkün deyil”. Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Bundestaqında videoformatda çıxışı zamanı deyib. O bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması bir başqa məsələdir: “Mən başa düşürəm
Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı vəziyyəti müzakirə edib və onu bu ölkədə əməliyyatı dərhal dayandırmağa çağırıb. Xəbər verilir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayta istinadən məlumat yayıb. “Bir saata yaxın davam edən söhbət zamanı onlar Ukraynada baş verənlərlə bağlı müxtəlif fikir mübadiləsi aparıblar. Kansler həddindən artı
Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinin Ukrayna xalqına qarşı cinayətlər törətdiyini bildirib. Xəbər verilir ki, bu barədə o, Lüksemburqun Baş naziri Xavier Bettellə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında danışıb. Görüş zamanı Rusiyanın Ukraynaya hücumu və beynəlxalq hüququn pozulmasının nəticələrinin müzakirə edildiyini bildirən Şolts bu müharibənin Avropa və Qərb dünyası üçün dönüş nö
Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiyanın Ukraynaya təcavüzünü pisləyərək bunu “soyuq müharibədən sonra Avropanın tarixində dönüş nöqtəsi” adlandırıb. Xəbər verilir ki, Merkel Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə münasibət bildirib. “Beynəlxalq hüququn açıq şəkildə pozulmasının heç bir əsaslı izahı yoxdur, bunu ən şiddətlə qınayıram. Rusiyanın başladığı müharibə soyuq müharibədən sonra Avropa
“Rusiya Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatlarla əlaqədar mən Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla təcili məsləhətləşmələr apardım”. Xəbər verilir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter" hesabında məlumat verib. Ukrayna Prezidenti əlavə edib ki, o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb. Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin
Moskvada Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın kansleri Olaf Şolts arasında görüş başlayıb. Xəbər verilir ki, danışıqlar Fransa Prezidenti Emmanuel Makronla görüşdə olduğu kimi uzun masa arxasında keçirilir. Rusiya Prezidenti Almaniyanın yeni kansleri ilə ilk görüşdə nitqinə belə başlayıb: “Sizinlə görüşməyə şadam, Almaniya Rusiyanın prioritet tərəfdaşlarından biridir, enerji əməkdaşlığımızın vacib sahələrindən biridir”.
Almaniya hökuməti Ukraynaya silah verməkdən imtina edib. Xəbər verilir ki, Ukraynanın Almaniyadan tələb etdiyi silahların siyahısını bu ölkəyə verdiyi iddia edilir. Bildirilir ki, Almaniya hökumət rəsmiləri böhran və döyüş bölgələrinə öldürücü silahların göndərilməyəcəyini vurğulayaraq, Ukraynaya silah verməkdən imtina edib. Xəbərə görə, Ukraynanın istədiyi siyahıda orta mənzilli zenit-raket kompleksi, daşınan
BMT-nin baş katibi Antoniu Quterriş Almaniyanın sabiq kansleri Angela Merkelə qurumda yüksək səviyyəli müşavir postunu təklif edib. Xəbər verilir ki, DPA agentliyi bu barədə beynəlxalq təşkilatdakı mənbəyə istinadla məlumat yayıb. Angela Merkel Antoniu Quterrişin təklifinə hələ cavab verməyib. Onun bu təklifi qəbul etməyəcəyi ehtimal olunur. Qeyd edək ki, 16 il Almaniyanın kansleri vəzifəsində çalışan Angela Merkel beşinci müddətə
Daha bir “qasırğa” yaxınlaşır. Bu barədə ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Hans Kluge Milad bayramları öncəsi epidemik vəziyyəti təsvir edərkən deyib. Onun sözlərinə görə, Danimarkada “Omikron” ştammı dominant olub, Fransada isə aşkar edilmiş koronavirus infeksiyalarının beşdə birini təşkil edir. “Gələcək həftələrdə “Omikron” Avropa ölkələrinin əksəriyyətində üstünlük təşkil edəcək. Bu isə onsuz da