Çərşənbə axşamı, 14 May

Putin Makron və Şoltsla Ukraynadakı vəziyyəti müzakirə etdi

image

Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Xəbər verilir ki, telefon danışığı zamanı Ukraynadakı vəziyyətin aktual aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

"Rusiya Prezidenti davam edən xüsusi hərbi əməliyyat kontekstində baş verən son hadisələr barədə həmkarlarına ətraflı məlumat verib, Rusiya Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquq normalarına ciddi əməl etdiyini qeyd edib, Mariupolda dinc həyatın bərqərar olması üçün sistemli işin necə təşkil edildiyindən danışıb.

Kiyevin günahı ucbatından dondurulmuş danışıqlar yolundakı vəziyyətə xüsusi diqqət yetirilib. Vladimir Putin Rusiya tərəfinin dialoqun bərpasına açıq olduğunu təsdiqləyib", - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00