Şənbə, 04 May

Merkel titrəməsinin səbəblərini açıqladı

image

Almaniyanın keçmiş Kansleri Angela Merkel xüsusilə də vəzifədə olduğu son dövrlərdə ictimaiyyət arasında titrəməsi ilə gündəm olmuşdu. Belə ki, Merkel bir sıra rəsmi görüşlər zamanı çətin anlar yaşamışdı.

Xəbər verilir ki, Merkel vəzifədən getdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb və jurnalist Aleksandr Osanga müsahibəsində digər məsələlərlə yanaşı, titrəməsinə də aydınlıq gətirib.

67 yaşlı keçmiş Kansler titrəməsinin əsas iki səbəbinin olduğunu bildirib. Onun sözlərinə görə, birinci səbəb anasının dünyasını dəyişməsindən sonra çox yorğun olması və bu hadisədən çox təsirlənməsidir. O, titrəməsinin ikinci səbəbinin isə çox az miqdarda su içməsi ilə bağlı olduğunu qeyd edib.

Xatırladaq ki, Angela Merkel 16 il Almaniyanın Kansleri vəzifəsini icra etdikdən sonra ötən ilin dekabr ayında bu postu tərk edib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15