“Yaponiya” üzrə 272 nəticə tapıldı
NATO alyansı ən böyük hərbi hava qüvvələri (HHQ) təlimlərinə başlayıb. Xəbər verilir ki, bu barədə Almaniya HHQ mətbuat xidməti məlumat yayıb. NATO bu gün Alyans tarixində ən böyük “Air Defender 23” təliminə başlayıb. Təlimlər Almaniya tərəfindən koordinasiya edilir və Alyansın potensial təhlükələrə, xüsusən də Rusiyaya qarşı birliyini nümayiş etdirmək üçün nəzərdə tutulub.
Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) iyunda hərbi kəşfiyyat peykinin buraxılışını həyata keçirəcəyini açıqlayıb. Xəbər verilir ki, ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi peykin ABŞ-ın hərbi fəaliyyətini izləmək məqsədilə buraxılacağını bildirib. Agentlik hakim Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Şurasının sədr müavini Li Pyon Çolun bəyanatına istinadla yazır ki,
Şimali Koreya Yaponiyanı mayın 31-dən iyunun 11-dək kosmosa peyk buraxmaq planı barədə xəbərdarlıq edib. Xəbər ki, rəsmi Pxenyan öz peykini orbitə çıxarmağa hazırlaşır. Yaponiya hökuməti raketin buraxılışı ilə bağlı məlumat toplamaq və təhlil etmək üçün əlindən gələni edəcəyini bildirib. “Biz Şimali Koreyanı ABŞ və Cənubi Koreya kimi müvafiq ölkələrlə əməkdaşlıq edərkən raket atmaqdan çəkinməyə çağı
Yaponiyanın Çiba prefekturasının sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Yaponiya Milli Meteorologiya İdarəsi sunami təhlükəsinin olmadığını bildirib. Tokionun şərqində yerləşən bölgədə güclü zəlzələ ilə bağlı xəbərdarlıq sistemi işləyib və bütün telekanallar müvafiq mesajlar yayımlayıblar. Tokioda təxminən bir dəqiqə ərzində güclü təkanlar hiss olunub, evlərdə mebel yırğalanıb. Yeraltı təkanların mə
İtaliyanın baş naziri Corciya Meloni Yaponiyada G7 ölkələrinin sammitini yarımçıq qoyaraq ölkəsinə qayıdıb. 46 yaşlı qadın siyasətçi bunu ölkəsindəki daşqınlarla əlaqələndirib. “Vicdanım məni bu çətin məqamda qayıtmağa məcbur edir. Mənə mayın 23-də Nazirlər Şurasının iclasını daha yaxşı hazırlamaq üçün vaxt lazımdır. Bu iclasda zərər çəkmiş ərazilərə dəstək üçün tədbirlər görü
ABŞ Prezidenti Cozef Bayden ondan defolt barədə soruşan jurnalistləri təhqir edib. Xəbər verilir ki, hadisə Yaponiyada Avstraliyanın Baş naziri Entoni Albaneze ilə birgə çıxışı zamanı baş verib. “Sus, yaxşı? Təşəkkür edirəm”, - deyə Bayden müxbirin sualına sərt cavab verib. Bu zaman Avstraliyanın Baş naziri utanaraq gülümsəyib.
Yaponiyanın İşikava prefekturasında 6,3 bal gücündə güclü zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Teraltı təkanlar nəticəsində bir nəfər öldüyü, 33 nəfərin yaralandığı qeyd edilir. Qeyd edək ki, zəlzələ cümə günü, mayın 5-də baş verib. Telekanalın məlumatına görə, bir neçə binaya ziyan dəyib. Zəlzələdən sonra artçı təkanların davam etdiyi bildirilir.
Yaponiyanın Ryukyu adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 125 min nəfər əhalisi olan Okinavadan 62 km şərqdə yerləşib. Zəlzələ ocağı 12 km dərinlikdə olub. İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi bildirilməyib.
Yaponiyanın cənubunda 5,3 bal gücündə güclü zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bildirilir ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Qərb liderləri Yaponiyada keçirilən G7 Xarici İşlər Nazirləri Zirvəsi çərçivəsində Ukraynanın mümkün hücumuna qarşı Rusiyanın atacağı addımları dəyərləndiriblər. Xəbər verilir ki, bu barədə İngiltərənin "The Guardian" nəşri yazıb. Ukraynanın hər hansı addımından dərhal sonra Rusiyanın cavab addımı atacağını gözləyən Qərb liderləri Ukrayna torpaqlarını saxlamaq istəyən Moskva administrasiyasını
Rusiyanın “İnterfaks” internet saytı ötən gün dünyanın müxtəlif yerlərindən çəkilən ən maraqlı fotoları yayımlayıb. Həmin fotoları təqdim edirik: Azalea Yaponiyada çiçək açır Qum fırtınası Pekini və Şimali Çinin əksər hissəsini əhatə edir Hamburqdakı Alster gölündə yaşayan qu quşları qışladıqdan sonra geri qayıdıblar ABŞ Sərhəd Xidmətinin əməkdaşları bir qrup miqrantın gəlişindən sonra Sante Fe
Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2026-cı ilə qədər 10 yeni elektromobil modeli buraxacaq. Xəbər verilir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında avtomobil istehsalçısının vitse-prezidenti Hiroki Nakajima bildirib. “2026-cı ilə qədər 10 yeni elektromobil modelinin hazırlanmasını gözləyirik. Bu avtomobillərdən ildə 1,5 milyon ədəd satılacaq”, – vitse-prezident deyib. Qeyd edək ki, “Toyota” 2030-cu ilə qədər Avropada yalnız elektrik və hibrid avtomobillər satmağı qarşısına