Cümə, 03 May

TƏCİLİ! Müharibə dalana dirənir - Putin BU ADDIMI atacaq

image

Qərb liderləri Yaponiyada keçirilən G7 Xarici İşlər Nazirləri Zirvəsi çərçivəsində Ukraynanın mümkün hücumuna qarşı Rusiyanın atacağı addımları dəyərləndiriblər.

Xəbər verilir ki, bu barədə İngiltərənin "The Guardian" nəşri yazıb.

Ukraynanın hər hansı addımından dərhal sonra Rusiyanın cavab addımı atacağını gözləyən Qərb liderləri Ukrayna torpaqlarını saxlamaq istəyən Moskva administrasiyasının ifrat taktikaya əl atacağını düşünür.

Rusiya prezidenti Putinin nüvə təhdidləri və kiberhücumlar da daxil olmaqla “əlində olan hər vasitədən” istifadə etməyə hazırlaşdığını deyən Qərb liderləri Rusiyanın qış hücumunun səngidiyini və qoşunların tezliklə müdafiəyə keçəcəyini iddia edirlər.

Keçmiş yüksək rütbəli diplomatlar və yüksək rütbəli hərbi məsləhətçilərdən ibarət transatlantik qrup xəbərdarlıq edir ki, Qərb “tam” işə qarışmasa və hərbi dəstəyin səviyyəsini artırmasa, Ukrayna müharibəsi dalana dirənəcək.

Qeyd edək ki, Ukrayna və Qərbin diqqəti yaxın günlərdə gözlənən hücuma yönəldiyi halda, Rusiya prezidenti Putin bu gün Ukrayna torpaqlarına addım atıb. Xerson vilayətinə səfər edən Rusiya lideri yüksək rütbəli hərbçilərlə görüşüb.

Ukraynanın potensial əks-hücumundan əvvəl Putinin yüksək rütbəli komandirlərlə görüşü Qərb mediasında “əzələ nümayişi” kimi qiymətləndirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15