Kremldən Ermənistandakı etirazlara REAKSİYA: Bakı ilə İrəvan...
Kremldən Ermənistandakı etirazlara REAKSİYA: Bakı ilə İrəvan...
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda Azərbaycanla sərhədin delimitasiyası proseduruna qarşı etirazlara münasibət bildirib.
Xəbər verilir ki, jurnalistlərə açıqlamasında etirazlarla bağlı konkret şərh vermək istəməyən Peskovun sözlərinə görə, Kreml sülh sazişinin tezliklə imzalanması üçün Bakı ilə İrəvan arasında təmasların olmasının tərəfdarıdır.
Peskov qeyd edib ki, təmaslar ümumi gərginlik və bütün mübahisəli məsələlərin yekun həlli üçün lazımdır.
Azadsoz.com