Bazar, 12 May

“Toyota” 10 yeni model BURAXACAQ

image

Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2026-cı ilə qədər 10 yeni elektromobil modeli buraxacaq.

Xəbər verilir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında avtomobil istehsalçısının vitse-prezidenti Hiroki Nakajima bildirib.

“2026-cı ilə qədər 10 yeni elektromobil modelinin hazırlanmasını gözləyirik. Bu avtomobillərdən ildə 1,5 milyon ədəd satılacaq”, – vitse-prezident deyib.

Qeyd edək ki, “Toyota” 2030-cu ilə qədər Avropada yalnız elektrik və hibrid avtomobillər satmağı qarşısına məqsəd qoyub. Şirkət Çində 2035-ci ilə qədər bu göstəricilərə nail olmaq istəyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44