Şənbə, 04 May

Göyçə və Zəngəzurun xəritəsi masaya qoyuldu: Bakının SON ŞƏRTİ

image

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Almatı razılaşmasına əsasən ilkin olaraq sərhədlərin delimitasiya və demarkasiyasının başlanıldığı açıqlandı. Sizcə, bu razılaşma hər iki tərəf üçün nə dərəcədə məqbuldur?

- Burada Almatı prinsipləri əsasında iş aparılır. Çünki Almatı razılaşmasında heç bir xəritə mövcud deyil. Administrativ sərhədlər burada öz əksini tapıb. 1991-ci ildə mövcud olan sərhədlər ləğv olunub. Bunu Ermənistan edib. Çünki 1991-ci ilin administrativ sərhədləri birtərəfli qaydada ləğv edilib. 1989-cu ildən erməni tərəfi bunu rəsmən elan edib. Ona görə də, burada prinsiplər sovet dövrünə əsas götürülür.

- Azərbaycanın bu istiqamətdə olan mövqeyi nədən ibarətdir?

- Sovet dövrünə aid olan müxtəlif illərin xəritələri təklif olunur. Ermənistan 1975-ci ilin xəritələrini gündəmə gətirib. Azərbaycan isə hələlik konkret hansısa bir illə bağlı xəritəni masaya qoymayıb. Amma Bakı rəsmi şəkildə bəyan edib ki, sərhəddin müxtəlif hissələrini, ayrı-ayrı illərin xəritələri əsasında müəyyən etməyə hazırdır.

- Tarixi faktlar və sovet dövrü mövcud olmuş xəritələr burada hansı faktları ortaya qoyur?

- Qazaxın yaşayış məntəqəsi olan 4 kəndi erməni tərəfi təhvil verir. Burada məntiqi məsələ var. Ermənistan 1975-ci ilin xəritələri əsasında sərhədlərin dəqiqləşməsini təklif edib. Amma istənilən ilin xəritələri göstərir ki, bu ərazilər Azərbaycana aid olub. Bu baxımdan həmin fakt üzrə proses başlayıb.

- Qazaxdan başlanan prosesin digər sərhəd nöqtələrində davam etməsi üçün hansı əsaslar var?

- İki ölkənin, yəni Azərbaycan və Ermənistanın sərhədi Gürcüstana bitişikdir. Delimitasiya prosesi üçün bu vacibdir. Ümumilikdə sülh prosesi müxtəlif problemlərin həllindən ibarətdir. Sərhədlərin müəyyən olunması və onların delimitasiya və demarkasiya edilməsi prosesi bura aiddir. Eyni zamanda kommunikasiyaların bərpası, humanitar mövzular, təzminat məsələsi və sair prinsiplər sülh prosesinə daxildir. Ona görə də, sülh dedikdə ümumi bir söz işlətmək olmur. Çünki sülhü müəyyən edən məsələlər var. Sözsüz ki, proses başlamalı idi. Ona görə də, Qazax istiqamətindən atılan addım müsbət hadisədir. Bu, eyni zamanda ümidlərin çoxalması deməkdir.

- Anklavlarla bağlı həll prosesini necə xarakterizə edirsiniz?

- Azərbaycan dövləti bu proseslərin danışıqlar yolu ilə həll olunmasına tərəfdardır. Bu da sübut olundu. Burada hansısa vasitəçi olmadan birbaşa təmaslar nəticəsində məsələ öz həllini tapıb. Anklavlarla bağlı fərqli yanaşmalar var. Sovet dövründə ayrı-ayrı illərdə xəritələr mövcuddur. 1920-ci ildən 1975-ci ilə aid administrativ sərhədlər olub. Göyçə gölünün ərazisi Azərbaycanın razılığı olmadan qarşı tərəfə verilib. Eyni zamanda tarixi Zəngəzur bölgəsi sovet dövründə Ermənistana verilən ərazidir.

- Ermənistanın iddialarına qarşı Azərbaycanın arqumentləri nədən ibarətdir?

- Əgər Ermənistan 1975-ci ilin xəritələrini ortaya qoyursa, Azərbaycan da müxtəlif illərin xəritələrini fakt kimi masaya yatıra bilər. Beləliklə, bu ərazilər ətrafında danışmaq olar. İndi Azərbaycana təhvil verilən 4 kənd isə daha çox rəmzi xarakter daşıyan bir addım idi. Bunun da müsbət nəticəsi var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15