Bazar ertəsi, 06 May

Nobel Sülh mükafatını bizə verməzlər: “Sülh zamanı deyil...”

image

Azərbaycan xalqının düşməni olan Mixail Qorbaçov  mükafatı haqq etmişdimi? 

“Nobel həftəsi” adətən payızda başlayır- oktyabr və noyabr aylarında. Amma bu mövzuda indi yazmağın səbəbi var...

Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılması və sərhədlərin  müəyyənləşməsi istiqamətində atılan addımlar, ilk sərhəd sütunlarının quraşdırılması Prezident İlham Əliyevin növbəti uğuru kimi tarixə yazıldı. Həm də qan tökülmədən...

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da bu məsələyə diqqət çəkərək deyib ki, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Paşinyanın sülh istiqamətində atdığı addımlar Nobel Sülh mükafatına layiqdir. “Düzdür, Paşinyanın addımlarını İlham Əliyevin uğurlu siyasəti ilə müqayisə etmək düzgün deyil. Amma  Paşinyan da yüksək səylə öz xalqının gələcəyi və rifahı üçün əlindən gələni edir”. Paşinyan məsələsini bir kənara qoyaq, “Prezident Əliyevə Nobel Sülh mükafatı verilməsi niyə vacibdir” sualı ətrafında fikirlərimizi cəmləyək.     

Anlayıram, müharibə və sülh bir-birinə ziddir. Biri varsa, bəlkə də digərinə yer yoxdur. Amma bu ilk baxışdan belədir.

Niyə İlham Əliyev? İllərdir “Cənubi Qafqazda təminatlı sülhə ehtiyac var” deyən dünya dövlətləri, BMT, digər beynəlxalq təşkilatlar deyildimi? Onlar idi. “Əgər Qarabağ problemi həll olunmasa, status-kvo əbədi qala bilməz” deyən də onlar idi. Ağızucu olsa da, “qaçqınları, məcburi köçkünlərin yurd-yuvalarına qaytarmaq vacibdir, bu insan haqlarıdır” deyənlər də gərək ki, onlar idi.

Regionda 30 ildən bəri davam edən işğal nəhayət Ali Baş Komandanın ağıllı siyasəti, ordumuzun  isə qəhrəmanlığı sayəsində sonuclanıb, separatizmin kökü kəsilib. İşğalda xaraba qalan torpaqlara artıq həyat qayıdıb, tikilir-qurulur. İnsan haqları demirsinizmi? Yüz minlərlə insanın öz doğma torpağında yaşamaq haqqı bərpa olunub, bunlar hesaba alınmır yoxsa? Təkcə müharibə edən iki ölkədə deyil, bütün Qafqazda təminatlı sülh üçün ilk dəfə bu cür real imkanlar yaranıb. BMT-nin qəbul etdiyi, amma on illərdir yerinə yetirə bilmədiyi qətnamələri Azərbaycan öz qanı bahasına bərpa edib. İlham Əliyev bu müharibənin tez və daha az itkisiz bitməsi üçün bacardığı hər şeyi etdiyini də kimsə dana bilməz. Bəs minlərlə qarşı-qarşıya gələ biləcək əsgərin həyatını xilas  etmək məgər bəşəri xidmət deyilmi?

13593_xatuq5b6bn.jpg (218 KB)

Bəli, qan tökülüb, bəli, hər iki tərəf ağır insani itkilər verib. Amma bu ədalətli, haqlı müharibə olub. Baxın bizdən sonra başlamış Ukrayna müharibəsinə, Qəzzaya... Prezident Əliyevin müharibədən sonrakı bütün fəaliyyəti, açıqlamaları məgər sülhə xidmət, ədalətə, birgəyaşayışa, əməkdaşlığa çağırış deyilmi? Ermənistana yönəlik mesajlarının hamısında sülhə çağırış var. Azərbaycan vətəndaşlığını qəbul edib Qarabağda yaşamaq təklifini ermənilər qəbul etmədilər. Halbuki o reinteqrasiyanın bütün detalları hazırlanmışdı. İstəmədilər. İndi Dövlət Departamenti kimi ciddi bir qurum bu məsələni bizim əleyhimizə istifadə etmək istəyir. Amma bütü dünya gördü ki, ermənilərin birinin də burnu qanamadı.             

Yeri gəlmişkən, Azərbaycan xalqının düşməni olan Mixail Qorbaçov Nobel Sülh mükafatını haqq etmişdimi? Yüz dəfə “yox!” Qorbaçovun yarıtmaz siyasəti sayəsində SSRİ böyük bir düşmənçilik yuvasına çevrildi. Hər tərəf-Qarabağ, Fərqanə, Tiflis, Şimali Qafqaz qan ağlayırdı, hər yerdə göz yaşları axırdı. Amma o yaramaza himayəsi ilə yaranan Qarabağ probleminin ən qızğın vaxtında -1990-ci ildə Nobel Sülh mükafatı verdilər. Ədalətsiz idi. Nobel Sülh mükafatının özünün müəyyən etdiyi kriteriyalar var. Tapın, oxuyun. Heç birinin Qorbaçovun fəaliyyəti ilə yaxın-uzaqdan əlaqəsi yoxdur. Demək, bu mükafatda da siyasət ön sıraya çıxır...

Nobel Sülh mükafatı seçimləri həmişə siyasiləşmiş fakt olub. Nobelin vəsiyyətinə görə, mükafatın verilməsi ilə bağlı qərarı Norveç parlamentinin təyin etdiyi beş nəfərdən ibarət komitə verməlidir. Ənənəyə görə, komitənin üzvləri əsasən Norveçin təqaüdçü siyasətçiləri və keçmiş partiya liderləri olurlar. Amma bu formal olaraq belədir, bu mükafatın taleyini başqaları, bəlkə də “Massonlar lojası” müəyyən edir. Adi bir mükafatdır. Amma daşıdığı məna və verilən mesaj anlamlıdır...

Ötən ilin bu vədələri Türkmənistan Xalq Məsləhətinin sədri, ölkənin sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsini təklif etmişdi. Təklif  kimi qaldı. (Ötən il Güney Azərbaycandan olan hüququ müdafiəçisi Nərgiz Məhəmmədi Nobel Sülh mükafatına layiq görüldü).

Ərdoğan da bu mükafatı haqq edir. Amma iş burasındadır ki, Türkiyə Prezidentinin məsələn Ukrayna ilə bağlı mütəmadi çağırışları, Yaxın Şərqdəki qarşıdurmada tutduğu mövqe hər şeydən öncə  “müharibə qırğılarının” maraqlarının əleyhinədir. Onlara sülh masası üçün çalışan lider deyil, Ukraynaya tank-top göndərən rəhbər lazımdır. Çünki hazırda dünya siyasəti sülhə deyil,  müharibə moduna köklənib...İlham Əliyevə də, Ərdoğana da Ərdoğana Nobel vermək dünyaya sülh mesajı olardı, indi isə təəssüf ki, sülh zamanı deyil...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58