Şənbə, 18 May

Axtarış

Polşa” üzrə 372 nəticə tapıldı

11.11.2021 - 15:46

Həyasızcasına sərhədimizə qədər gəliblər – Lukaşenko

Belarus Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Dövlət Sərhəd Xidməti NATO və Polşa qoşunlarının hərəkətinə nəzarət edəcək. Xəbər verilir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko tapşırıq verib. “Görürsünüz ki, artıq 15 min hərbçi, tank, zirehli texnika, helikopterlər, təyyarələrlə sərhədimizə qədər gəliblər. Üstəlik, hə


11.11.2021 - 10:43

Rusiya nüvə başlığı daşıya bilən təyyarəsini Belarusa göndərdi

Belarus-Polşa sərhədində qaçqınlarla bağlı gərginliyin artdığı bir zamanda Rusiya Belarusa nüvə başlığı da daşıya bilən TU-22M3 bombardmançı təyyarə göndərib. Xəbər verilir ki, 2 rus təyyarəsi Belarus səmasında patrul uçuşları həyata keçirir. Bu arada, Belarus-Polşa sərhədində atəş açılmasına dair görüntülər yayılıb. Məlumata görə, görüntüləri Polşa tərəfi yayı


09.11.2021 - 21:30

Polşa Belarusla sərhədə on iki minlik ordu göndərdi

Polşa Belarusla dövlət sərhədinə on iki min hərbçidən ibarət qoşun göndərib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Nazir Mariuş Blaşak bəyan edib ki, ordu tam hərbi hazırlıq vəziyyətindədir. Qeyd edək ki, noyabrın 8-dən bəri dörd minnədək belaruslu qanunsuz miqrant bu ölkənin Polşa ilə sərhədinə toplaşaraq ərazidə çadır şəhərciyi qurub. Yü


09.11.2021 - 21:00

Polşa Lukaşenkonu buna görə ittiham etdi

"Polşa-Belarus sərhədindəki miqrasiya böhranının arxasında Belarus prezidenti Aleksandr Lukaşenko dayanır". Xəbər verilir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.  "Biz hamımız başa düşürük ki, on minlərlə insanı xüsusi olaraq Belarusa gətirən Aleksandr Lukaşenkodur, bu qrupları, miqrantları xüsusi və bəzən zorla köçürən Aleksandr Lukaşenkodur, bizdə belə məlumatlar var. Bu insanların öz ölkələrinə, aid olduqları yerə qayı


09.11.2021 - 17:19

Putinlə Lukaşenko danışdı: Sərhəddəki vəziyyət...

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Xəbər verilir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər arasında Polşa-Belarus sərhədindəki qaçqınlarla bağlı vəziyyət müzakirə olunub.


09.11.2021 - 13:17

Belarus-Polşa sərhədində SİLAHLI İNSİDENT: Kuznitsa keçid məntəqəsi bağlandı - FOTOLAR

Belarus-Polşa sərhəd xəttinin qarşısında yüzlərlə miqrant düşərgə qurub. Xəbər verilir ki, Polşa polisi və sərhədçiləri yüzlərlə miqrantın qarşısını kəsib. Bu səbəbdən də, Yaxın Şərqdən gələn və bir neçə min miqrantın toplandığı Belarus-Polşa sərhədində vəziyyət pisləşib. Polşa tərəfdən atışma səslərinin eşidildiyi haqda məlumatlar yayılıb.


05.11.2021 - 13:45

Baydenə skandal təklif: “Azərbaycana yardım dayandırılsın, Türkiyəyə isə...”

Erməni və yunan lobbisinə yaxınlığı ilə tanınan amerikalı senator və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Türkiyənin pilotsuz uçuş aparatı proqramını yaxından izləməyi və Azərbaycana edilən yardımları dayandırmağı təklif edən iki əlavə qanun layihəsi təqdim edib. Xəbər verilir ki, ermənipərəst Menendez təklif etdiyi qanun layihələri ilə birbaşa Türkiyə və Azərbaycanı hədəfə alıb.


04.11.2021 - 19:00

Polşa Gürcüstana 468 min doza “Pfizer” vaksini bağışlayacaq

Polşa hökuməti Gürcüstana yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 468 min doza “Pfizer” vaksini bağışlayacaq. Xəbərə görə, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, vaksinin ilk partiyası artıq Gürcüstana çatdırılıb. Polşanın Gürcüstandakı səfiri Marius Maskeviç bildirib ki, zərurət yarandığı təqdirdə ölkəsi Gürcüstana yenə kömək edəcək.


02.11.2021 - 10:43

Emreli daha cəld qərar qəbul etməlidir - Yujvyak

Düşünürəm ki, Emreli daha cəld qərar qəbul etməlidir. 1-2 qol epizodunu əldən verdikdən sonra özünə inamı azalıb. Xəbər verilir ki, bunu Polşa millisinin və "Legiya"nın sabiq futbolçusu Marek Yujvyak Varşava təmsilçisinin heyətində 6 oyundur qol vura bilməyən Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə "Super Express" nəşrinə müsahibəsində deyib. Veteran müdafiəçi bildirib ki, bəzi epizodları gözübağlı


26.10.2021 - 13:36

Amerika Rusiya vətəndaşlarına viza verməyəcək

ABŞ və Rusiya arasında diplomatik münasibətlərdə artan gərginliyə vizalar da əlavə olundu. Xəbər verilir ki, ABŞ Dövlət Departamenti iki gün əvvəl dərc etdiyi bəyanatda Amerikanın Rusiyadakı diplomatik nümayəndəliklərinin Rusiya vətəndaşlarına bundan sonra viza verməyəcəyini bəyan edib. Amerikaya getmək istəyən Rusiya vətəndaşlarının müraciət ünvanı kimi Polşanın paytaxtı Varşavadakı ABŞ konsulluğunu gö


16.10.2021 - 14:35

Mahir Emrelinin transfer qiyməti artdı

Milli komandamızın hücumçusu Mahir Emrelinin transfer qiyməti artıb. Xəbər verilir ki, bu barədə Transfermarkt saytı məlumat yayıb. Saytın redaksiya heyəti Polşa yüksək liqasındakı futbolçuların bazar qiymətini müəyyənləşdirib. Rəsmi İnstaqram səhifəsində yayılan açıqlamada əsas diqqət "Legiya"nın azərbaycanlı hücumçusu Mahir Emreliyə yönəlib. Bu mövsüm Varşava klubundakı uğurlu oyununa görə Emrelinin qiymə


15.10.2021 - 09:40

Mahir Emreli "Legiya"da növbəti qolunu vurub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti qolunu vurub. Xəbər verilir ki, 24 yaşlı hücumçu Varşava təmsilçisinin gənclər komandası ilə yoxlama matçında fərqlənib. Forvard 16-cı dəqiqədə görüşdə hesabı açıb. Onun 24-cü dəqiqədə başla vurduğu topu isə qapıçı çətinliklə dəf edib. Qarşılaşma əsas komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki,


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41