Şənbə, 04 May

Emreli daha cəld qərar qəbul etməlidir - Yujvyak

image

Düşünürəm ki, Emreli daha cəld qərar qəbul etməlidir. 1-2 qol epizodunu əldən verdikdən sonra özünə inamı azalıb.

Xəbər verilir ki, bunu Polşa millisinin və "Legiya"nın sabiq futbolçusu Marek Yujvyak Varşava təmsilçisinin heyətində 6 oyundur qol vura bilməyən Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə "Super Express" nəşrinə müsahibəsində deyib.

Veteran müdafiəçi bildirib ki, bəzi epizodları gözübağlı qola çevirmək lazımdır: "Amma Mahir belə etmir. Mən demirəm ki, o, hər şeyə cavabdehdir. Çünki digər oyunçular da effektiv deyil. "Legiya" dərin çuxura düşüb. Burdan çıxmaq istəyirsinizsə, qol fürsətlərindən yararlanmalısınız".

Qeyd edək ki, Marek Yujvyak 1987 - 1996 və 2001 - 2005-ci illərdə "Legiya"nın formasını geyinib. O, Polşa millisində 14 oyun keçirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15