Şənbə, 18 May

Axtarış

Polşa” üzrə 372 nəticə tapıldı

22.11.2021 - 16:35

Mahirin qeydə alınmayan qolu - Video

Azərbaycan millisinin üzvü Mahir Emrelinin oynadığı “Legiya” Polşa çempionatında növbəti matçını keçirib. Xəbər verilir ki, Varşava təmsilçisi səfərdə “Qornik”lə qarşılaşıb.  Paytaxt klubu bu matçda 2:3 hesabı ilə uduzub.  Oyuna ikinci hissənin əvvəlində daxil olan Mahir Emreli 56-cı dəqiqədə fərqlənsə də, qolu qeydə alınmayıb. Buna səbəb Emreliyə ötürmə edən futbolçunun ofsayda olması göstərilib.  Həmin qola 3:37-ci dəqiqə


20.11.2021 - 19:05

Polşa Senatının spikerinə sui-qəsd cəhdi oldu

Polşa parlamentinin yuxarı palatasının (Senat) spikeri Tomaş Qrodzkiyə hədə-qorxu məktubu və partlayıcı maddələr olan bağlama gəlib. Xəbər verilir ki, bu barədə spiker özünün tviter səhifəsində məlumat yayıb. Qrodzki bildirib ki, bağlamada olan partlayıcı maddələr müvafiq orqanlar tərəfindən zərərsizləşdirilib. Hazırda bağlamanın kim tərəfindən göndərildiyi araşdırılır.


19.11.2021 - 14:25

PUTİN, NƏHAYƏT, ETİRAF ETDİ – Kreml öz tərəfdaşlarını düşmənə çevirib

Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-də Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı Avropa İttifaqını, NATO-nu, o cümlədən ayrı-ayrı ölkələri - ABŞ-ı, Fransanı, Almaniyanı, Polşanı və Ukraynanı ittiham etdi.  Putin dedi ki, Qərb Rusiyaya təhlükəsizlik təminatı verməyənə qədər Kreml onlara hər zaman “qırmızı cizgiləri” xatırladacaq. “Biz heç kimlə münaqişə istəmirik” deyən Kreml sahibi əslində buna tərs siyasət yürüdü


18.11.2021 - 16:30

Polşa-Belarus sərhədini qanunsuz keçməyə çalışan 100-dək miqrant saxlanılıb

Polşa sərhədçiləri noyabrın 18-nə keçən gecə Belarusla dövlət sərhədindən qanunsuz keçməyə cəhd edən 100-dək miqrantı saxlayıblar. Xəbər verilir ki, Polşa Müdafiə Nazirliyi Belarus sərhədçilərini miqrantları bilərəkdən sərhəd zolağına doğru yönəltməkdə ittiham edib. Polşanın Baş naziri Mateuş Moravietski isə Avropa İttifaqı təsisatlarını xarici sərhədlərin qətiyyətli mü


17.11.2021 - 20:50

İlin futbolçusu Messi oldu

Fransanın PSJ klubu və Argentina millisinin hücumçusu Lionel Messi növbəti dəfə ilin futbolçusu seçilib. “Goal” nəşrinin versiyasına görə 34 yaşlı forvard əsas rəqibi, “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldudan 24 səs çox toplayıb. Bütövlükdə, oxucuların səsverməsində 14 milyondan çox insan iştirak edib. Səsvermədə ilk üçlüyü Almaniya “Bayern”inin polşalı qolçusu Robert Levandovski tutub.


17.11.2021 - 13:08

Belarusa xəbərdarlıq olundu: “Təcili addımlar atılmalıdır”

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell Belarus Xarici işlər naziri Vladimir Makeylə telefonla danışaraq, Polşa-Belarus sərhədində təhlükəsizliyin təmin edilməsini istəyib. Xəbər verilir ki, Borrell Makeyə iki gün əvvəl AB Xarici İşlər Nazirləri Toplantısında Belarusla bağlı müzakirələr apardıqlarını deyib. “Belarusu Aİ ilə sərhəd bölgə


17.11.2021 - 11:45

Polşalı sərhədçilər miqrantları suya basdılar 

Polşa və Belarus sərhədində vəziyyət yenidən gərginləşib. Belə ki, qaçqınlar sərhəd hasarlarını qırıblar və polşalı sərhədçiləri daşa basıblar. Buna cavab olaraq Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları onlara qarşı gözyaşardıcı qaz, işıq-səs qumbaraları və su şırnaqlarından istifadə ediblər.


17.11.2021 - 09:00

Belarus - Polşa sərhədindəki miqrantlar ərazini tərk etməyə başlayıblar

Belarus - Polşa sərhədinə toplaşan miqrantalrın sayı tədricən azalır. Onların bir qismi ərazini tərk etməyə başlayıb. Belə ki, Belarus hökuməti miqrantları Qrodno şəhər logistika mərkəzində yerləşdirməyi qərara alıb. Artıq mərkəzdə yüzdən çox miqrantın yerləşdirildiyi bildirilib. Onlar qida, su və lazımi əşyalarla təmin olunub.


14.11.2021 - 11:01

Lukaşenko “İskəndər” istəyir - Avropanı təhdid edir

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Avropa ölkələri ilə qarşıdurması davam edir. Polşa ilə sərhəddə yaşanan qaçqın böhranı və Avropa Birliyinin Belarusu növbəti sanksiyalarla hədələməsi bu qarşıdurmanı daha da dərinləşdirib. Xəbər verilir ki, ötən gün Rusiyanın “Milli müdafiə” jurnalına müsahibə verən Belarus Prezidenti Rusiyadan bir neçə “İskəndər” raket kompleksi almaq istədiyini deyib: “Mənə qərb və cənub istiqamə


13.11.2021 - 12:02

Britaniya Belarus - Polşa sərhədinə hərbçilərini göndərdi – FOTO

Britaniya miqrant böhranının yaşandığı Belarus - Polşa sərhədinə hərbçilərini göndərib. Bunu krallığın Müdafiə Nazirliyi təsdiq edib. Qurumun mətbuat xidmətinin “Twitter” səhifəsindəki paylaşımında hərbçilərdən ibarət azsaylı qrupun texniki dəstək məqsədilə göndərildiyi bildirilib. Polşanın müdafiə naziri Mariuş Blaşakın sözlərinə görə, britaniyalı hərbçilər sərhəd maneələrinin


13.11.2021 - 11:00

İraq Belarusa birbaşa uçuşları dayandırır

İraq hökuməti Belarusa birbaşa uçuşların dayandırılacağını elan edib. Xəbər verilir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Qeyd edək ki, bundan öncə Türk Hava Yolları Belarus-Polşa sərhədindəki miqrasiya böhranı səbəbindən Minsk reyslərinə İraq, Suriya və Yəmən vətəndaşlarının qəbulunu qadağan edib.


12.11.2021 - 10:42

Lukaşenko Putindən patrul xidməti köməyi istəyib

Belarus Prezidenti Aleksandr Lukaşenko eyni zamanda İttifaq dövlətinin sərhədi olan Polşa-Belarus sərhədində birgə keşik çəkmək üçün Rusiyadan kömək istədiyini açıqlayıb. Lukaşenko Rusiya prezidenti Vladimir Putin vasitəsilə Rusiya Müdafiə Nazirliyinə sorğu göndərib. “Onlar (Rusiya ordusu – red.) bizim qırıcılarımızın müşayiəti ilə bura strateji bombardmançı təyyarələr göndərdilər. Biz sərhəddəki vəziyyəti daim nəzarə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41