Bazar ertəsi, 29 Aprel

Rusiya nüvə başlığı daşıya bilən təyyarəsini Belarusa göndərdi

image

Belarus-Polşa sərhədində qaçqınlarla bağlı gərginliyin artdığı bir zamanda Rusiya Belarusa nüvə başlığı da daşıya bilən TU-22M3 bombardmançı təyyarə göndərib.

Xəbər verilir ki, 2 rus təyyarəsi Belarus səmasında patrul uçuşları həyata keçirir.

Bu arada, Belarus-Polşa sərhədində atəş açılmasına dair görüntülər yayılıb. Məlumata görə, görüntüləri Polşa tərəfi yayıb. İddialara görə, Belarus hərbçiləri qaçqınları qarşı tərəfə keçməyə təhrik etmək üçün silahdan istifadə edib. Yüzlərlə qaçqının müxtəlif yollardan istifadə edərək Avropa Birliyinin sərhədi sayılan Polşaya keçmək cəhdi Avropanı hərəkətə keçirib. Avropalı nümayəndələr Varşavada təcili toplantı keçirəcək.

Qeyd edək ki, Avropa tərəfi gərginliyə görə Vladimir Putini ittiham edir. Onlar iddia edir ki, Putin bu yolla Avropanı xaosa sürükləməyə çalışır. Polşa isə Lukaşenkonu günahlandırıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39