Şənbə, 27 Aprel

Putin Qərbə meydan oxuyur: “Kreml bölgəyə ordu yeridəcək və Donbassı Rusiyaya birləşdirəcək”

image

“Rusiya prezidenti Vladimir Putin son çıxışında “geriyə yol yoxdur” deyərək Qərbə ünvanladığı “qırmızı cizgidən” vaz keçməyəcəyini bildirib. Qərb Kremlin heç bir “cizgisini” tanımadığını bəyan edib. Qərbdə heç kim Putinin “qonşu dövlətlər arxa baxçamızdır, bura daxil ola bilməzsiniz” ultimatumunu qəbul etmək fikrində deyil. Ancaq Putin sözünü deyib, o da geri çəkilməyi düşünmür”.

Bu barədə açıqlamasında politoloq Elxan Şahinoğlu fikir səsləndirib.

Bəs belə olan halda hadisələr necə inkişaf edə bilər?

Politoloqun fikrincə Qərb Rusiyanı sakitləşdirmək üçün danışıqlara başlaya bilər: “Ancaq Putin deyib ki, Rusiyanı danışıqlar adı altında aldatmağa çalışırlar. Yəni Putin danışıqlardan nəticə gözləmədiyinə öncədən işarə edib. Kreml sahibi bir tərəfdən “danışıqlar” deyərkən, o biri tərəfdən “danışıqlar nəticə verməyəcək” fikrini səsləndirir. Putinin digər ziddiyyətli açıqlaması da var. O bir tərəfdən istəyir ki, Vaşinqton Ukraynanın və Gürcüstanın NATO üzvü olmayacağı barədə Kremlə yazılı təminat versin, o biri tərəfdən də deyir ki, “Vaşinqtonun imzaladığı sənəd qara qəpiyə dəyməz, çünki istənilər vaxt sazişdən imtina edə bilər”. Bunu deyən o ölkənin lideridir ki, həmin dövlət Ukrayna ərazisinə iddia etməyəcəyinə dair 1994-cü ildə Budapeştdə sazişə imza atmış, 2014-cü ildə isə Krımı ilhaq etmişdi”.

Elxan Şahinoğlunun sözlərinə görə, Kreml ultimatumuna Qərbdən qəti rədd cavabı aldıqdan sonra Krım və Belarus ərazisində takitki nüvə silahları yerləşdirəcək: “Belarus prezidenti Aleksandr Lukaşenko da son müsahibələrinin birində nüvə raketlərinin ölkəsinə geri qaytarılması üçün Moskvaya müraciət edəcəyini bildirmişdi. Yəni bu proses artıq başlayıb. Kremlin məntiqi sadədir:

“Siz Rumıniya və Polşada nüvə başlıqlı raketlər yerləşdirirsinizsə, mən də eyni tip raketləri istədiyim ərazidə yerləşdirəcəm”. Üçüncü və ən təhlükəli ssenari Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasıdır. Kreml ultimatumlarla “hədəfləri” elə böyüdüb ki, bu ssenari artıq qeyri-real görünmür. Rusiya “Donbasda rusları qorumaq” adı altında ordusunu bu bölgəyə yeridəcək və ardınca da, Krımda olduğu kimi “referendum” keçirib Donbassı Rusiyaya birləşdirəcək. Ancaq bu da təhlükəli proseslərin sonu olmayacaq, qarşıdurma yeni fazaya keçəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39