Bazar, 28 Aprel

Putindən AÇIQLAMA

image

Hazırda Rusiyanın bəzi bölgələrində yaşanan təbii fəlakətin miqyası misli görünməmişdir.

Bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin bir sıra bölgələrində baş verən daşqın və meşə yanğınlarının nəticələrinin aradan qaldırılmasına həsr olunmuş iclasda deyib.

"İlk növbədə, Yakutiyada baş verən təbii yanğınlardan, həmçinin Krım və Krasnodar diyarında yaşayış məntəqələrinin su basmasından danışacağıq. Bəzi bölgələrdə baş verən təbii fəlakətlərin miqyası və xarakteri tamamilə görünməmiş dərəcədədir. Məsələn, cənubda bəzən bir neçə saat ərzində aylıq yağıntı düşür. Sibirdə,

Uzaq Şərqdə iqlim və atmosfer şəraiti quraqlığa, meşə yanğınlarına və küləyin əsməsi bu yanğınların sürətlə yayılmasına səbəb olub", - deyə Vladimir Putin bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, bütün bunlar gələcək naminə iqlim və ətraf mühit gündəmi ilə dərin, sistemli şəkildə məşğul olmağın vacibliyini göstərir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39