Bazar, 28 Aprel

Ermənistana silah tədarükü: “Rusiya və İrana etiraz bildirməliyik”

image

İran ərazisi ilə Ermənistana hərbi yük daşınmasına dair növbəti görüntülər yayılıb. Ötən günlərdə isə Ermənistana Rusiyadan müxtəlif sursatlar və silahların tədarükü həyata keçirilib. Ardıcıl atılan bu addımlar yeni hərbi eskalasiyadan xəbər verir? Ermənistan revanşist məqsədlərlə hansısa təxribata əl ata bilərmi? 

Mövzu ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov Ermənsitanın yaxın vaxtlarda müharibəyə başlamağa risk etməyəcəyini bildirilib:

“Bu il və gələn il ərzində onun hansısa irimiqyaslı müharibəyə başlaması mümkünsüzdür. Çünki Ermənistan ordusu hələ hazır deyil və aldığı yeni silahları sınaqdan keçirməlidir. İran, Rusiya, Fransa və Hindistan kimi ölkələrdən tədarük etdikləri silah-sursatın əsas məqsədi yaxın 5 ilə hesablanmış addımdır. 

Adətən, müharibədən yeni çıxmış ölkələr növbəti illər ərzində ordularını ortabab səviyyəyə gətirməyə çalışır. Ermənistanın da addımları buna hesablanıb. Təxminən 2030-cu ilə qədər bu hazırlıq işləri, silah tədarükü davam edəcək. 

Təəssüf ki, Azərbaycan Rusiyanın Ermənistana silah tədarükünə heç bir təpki vermədi. Fransaya necə reaksiya bildirirksə, eyni qaydada Rusiya və İrana da bildirməliyik”.

Ü. Cəfərov İrəvanın məlum addımlarının uzaq perspektivdə müharibəyə hazırlıq məqsədi daşıdığını qeyd edib.

“Ermənistana verilən silahlar ağır silahlardır və sabah hansısa münaqişə olarsa, ciddi tələfatlara səbəb ola bilər. Sadaladığım ölkələr Ermənistan vasitəsi ilə Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirməyə çalışr. Azərbaycan sülh müqaviləsindən danışır, Ermənistan isə Rusiya və digər ölkələrin himayədarlığı ilə təcavüzə hazırlaşır. Heç kim düşünməsin ki, Ermənistan Qarabağdan birdəfəlik əl çəkəcək. 

Aydın məsələdir ki, atacaqları addımlar cavabsız qalmayacaq. Amma mütləq şəkildə Ermənistandan tələb etmək lazımdır ki, əgər həqiqətən sülh şəraitində yaşamaq istəyirlərsə silahlanmadan əl çəksin. Təəssüf ki, bəzi ölkələrin imperiya maraqları imkan vermir ki, bölgədə əmin-amanlıq olsun”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39