Bazar, 28 Aprel

Başını itirmiş Lukaşenkodan ağılsız həmlə 

image

Son günlərdə Belarusiya prezidenti Lukaşenko yeni qalmaqalla gündəmə gəlib. Belə ki, ötən il Belarusda keçirilən prezident seçkilərindən sonra məşhurlaşan “Nexta” “Telegram” kanalının yaradıcısı və müxalif fəal Stepan Putilo saxlanılıb. Onun təyyarəsi Belarus hökuməti tərəfindən paytaxt Minskə məcburi endirilib.

Belarus höküməti içində 129 sərnişin olan "Ryanair" şirkətinə məxsus təyyarəni endirmək üçün SU-25 döyüş təyyarəsi, Mİ-24 helikopterini havaya qaldırıb.

Lukaşenkonun bu əməli isə Belarusiya hökümətinə çox ağır başa gəlib. İlkin olaraq əksər Avropa ölkələri Belarusiya ilə hava səfərlərini təktərəfli olaraq dayandırdıqlarını elan edib. Rəsmi Berlin Belarus hökumətindən təyyarənin və jurnalistin saxlanılması ilə bağlı məsələyə dərhal aydınlıq gətirilməsini tələb edib. Bununla yanaşı, Avropa Parlamenti də təyyarə və Protaseviçin həbsi ilə bağlı dərhal açıqlama tələb edib.

Belarusiya prezidentinin ağılsız həmləsinə qarşı cavab reaksiyaları da çox gecikməyib. Belə ki, Latviyanın paytaxtı Riqada isə Belarusun hazırkı dövlət bayrağı xokkey üzrə çempionatda iştirakçı dövlətlərin bayraqları arasından götürülüb və onun yerinə Belarus demokratlarının simvolu olan ağ-qırmızı-ağ zolaqlı bayraq qaldırılıb. Bayrağı Riqanın meri şəxsən, teleçəkilişlərin müşaiyəti altında edib.

Mer deyib ki, dövlət terroru ilə məşğul olan Lukaşenko rejiminin simvoluna Riqada yer ola bilməz. Buna cavab olaraq Belarus hökuməti Latviyanın səfirini öz ölkəsindən qovub. Latviya hökuməti də bunu cavabsız qoymayaraq Belarusun səfirini və bütün diplomatlarını ölkəsindən çıxarmaq qərarı verib.

Bir çox Avropalı liderləri siyasi dissidentləri həbs etmək üçün beynəlxalq reysdən sərnişin təyyarəsini qaçırmaq Belarus diktatorunun sonuncu legitimlik qalıqlarını da məhv etdiyini düşünür. Keçən ilki seçkilərdən sonra nüfuzunu itirməkdə olan Lukaşenkonun daha da nüfuzdan düşdüyü və dalana dirəndiyi qeyd olunur. Bu cür sərt aqressiya nümayişi də bir daha Lukaşenkonun düşdüyü vəziyyətin çıxılmazlığını göstərir.

Öz əməli ilə Belarusiyanı Qərbdən tamamilə təcrid edən Lukaşenkonun öz ölkəsini məhvə doğru apardığı düşünülür. Rusiyanın Belarusiya ilə bağlı uzun müddətdir davam edən planları Lukaşenkonun öz əlləri ilə ölkəsinin Putinə peşkəş çəkdiyini deməyə əsas verir.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39