Çərşənbə axşamı, 21 May

Qriqoryan Patruşevə Azərbaycandan ŞİKAYƏT ETDİ - Qaragöl məsələsi

image

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə erməni həmkarı Armen Qriqoryan arasında telefon danışığı baş tutub.

Xəbər verilir ki, bu barədə Qriqoryan Feysbuk səhifəsində yazıb.

“Telefon danışığının əsas mövzusu Azərbaycan-Ermnənistan sərhədindəki vəziyyət oldu. Biz problemin həlli ilə bağlı mümkün variantları müzakirə etdik. Bildirdim ki, Ermənistan buna Azərbaycanın suveren ərazimizə təcavüzü kimi baxır ki, bu da bizim üçün qəbuledilməzdir və bu səbəbdən də Azərbaycan silahlı birləşmələri bu ərazilərdən çıxıb əvvəlki mövqelərinə qayıtmalıdırlar”, – Qriqoryan bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusu Ermənistanla sərhədlərin bərpası prosesi çərçivəsində xəritələr əsasında Qaragöl istiqamətində ermənilərin uzun illərdir qabağa çəkdiyi sərhədi geri qaytarıb və 3 km-yə qədər irəliləyib. Ermənistan isə bundan şou düzəldir və hay-küy salmaqla zəbt etdiyi ərazini əlində saxlamağa çalışır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41