Bazar ertəsi, 29 Aprel

Rusiya Xerson şəhərinin mərkəzinə zərbələr endirib, ölənlər var - FOTO

image

Rusiya qüvvələri Xerson şəhərinin mərkəzinə zərbələr endirib, ölənlər var.

Xəbər verilir ki, bu gün səhər saatlarında Ukraynanın Xerson şəhərinin mərkəzinə Rusiya qüvvələri zərbələr endirib.

İlkin məlumata görə, 5 mülki şəxs həlak olub, 20 nəfər yaralanıb.

Ukrayna Prezidenti Vladimir Zelenski də hücumla bağlı "Facebook" hesabında paylaşım edib.

“Sosial şəbəkələr çox güman ki, bu fotoları “həssas məzmun” kimi qeyd edəcək. Amma bu, həssas məzmun deyil, Ukrayna və ukraynalıların real həyatıdır. Terrorçu ölkə mülki əhalini atəşə tutur. Bura Xersondur, bu səhər, Milad bayramı ərəfəsində. Bunlar hərbi obyektlər deyil. Bu, müəyyən edilmiş qaydalar əsasında aparılan müharibə deyil. Bu terrordur, qorxutmaq və zövq almaq üçün öldürməkdir. Dünya bizim hansı mütləq şərə qarşı mübarizə apardığımızı görməli və anlamalıdır”, - Zelenski paylaşımında qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39