Bazar, 28 Aprel

Səfərbərliyə çağırılanlar ÜSYAN ETDİLƏR: “Bir aydan sonra ailələrimiz ac və evsiz qalacaq” - VİDEO

image

Rusiyada səfərbərliyə çağırılan şəxslər hökumətin onları aldatdığını bildirərək etiraz ediblər.

Xəbər verilir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilir ki, Perm diyarının qubernatoru Dmitri Maxonin çağırışçılar tərəfindən etiraz və təpkilərə məruz qalıb. O, Yelani məktəbinə çağırış problemlərini müzakirə etmək üçün səfərbərliyə çağırılanların yanına gəlib. Problemlərin həddindən artıq çox olduğu ortaya çıxıb.

Çağırışçılara həll olunması vəd edilən məsələlər nəinki həllini tapıb, heç maraqlanan da olmayıb. Onların kredit borclarını dondurmayıblar. Ödəniş olmadığı üçün ailələr evsiz, qazanc da olmadığı üçün ac qalmaq təhlükəsi ilə üzləşiblər.

“Ən əsası isə odur ki, ödəniş yoxdur, kreditlər ödənmir, ailələr acından ölür.

Bizə dedilər ki, banklar 9 ay müddətinə kreditləri donduracaqlar. Sonda heç nə etmədilər, kömək də yoxdur.

Ən böyük problemimiz maliyyədir, çünki burada çoxlarının kreditləri var. Yəni vətən çağırdı, hamımız buradayıq və onu müdafiə etməyə gedirik. Bəs niyə biz vətəni düşünürük, vətən bizimlə maraqlanmır. İndi ora (Ukraynaya) gedəcəyik.

Bir aydır heç bir təminat olmadan yaşayan qohumlarımız artıq sınıblar, bir aydan sonra evsiz qalacaqlar”, – deyə səfərliyə çağırılan şəxs bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39