Bazar, 28 Aprel

Duqinanın qətlində şübhəli bilinən ukraynalı qadının cəsədi tapıldı

image

Rusiya prezidenti Vladimir Putinin “beyni” kimi qələmə verilən məşhur politoloq Aleksandr Duqinin qızının qətlinin əks-sədası davam edir.

Xəbər verilir ki, Avstriya mətbuatında Rusiyanın Darya Duqinanın qətlində günahkar hesab etdiyi ukraynalı Natalya Vovkun kirayədə qaldığı mənzildə ölü tapıldığı xəbərləri yer alıb. Xəbərlərdə Vovkun cansız bədənini göstərdiyi deyilən fotonun həqiqiliyi suallar doğurub.

Müzakirələr davam edərkən Avstriya Daxili İşlər Nazirliyi xəbərlə bağlı açıqlama verib.Belə ki, hadisə ilə bağlı heç bir məlumatı olmadığını deyən səlahiyyətlilər, "Bu xəbərin doğruluğunu təsdiq edə bilmərik" , - deyiblər. 

Bildirək ki, avqustun 20-də Duqinin 29 yaşlı jurnalist qızı Darya Duqinanın Moskvada qətlə yetirilməsi Rusiyanı ayağa qaldırıb. Duqina atasının maşınına yerləşdirilmiş partlayıcının partlaması nəticəsində dünyasını dəyişib. Ukrayna hücumla heç bir əlaqəsi olmadığını iddia etsə də, Rusiya kəşfiyyat orqanı Federal Təhlükəsizlik Xidməti (FSB) sui-qəsdin arxasında Ukrayna xüsusi təyinatlılarının olduğunu iddia edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39