Bazar, 28 Aprel

“Onlar Xersonu verməyə hazırdırlar” - “Kapitulyasiyadan söhbət getmir, amma...”

image

“Əgər söhbət bütün işğal olunmuş ərazilərin azad edilməsindən gedirsə, müharibə gələn ilin yayına qədər davam edəcək”.

Xəbər verilir ki, bunu tanınmış hərbi ekspert və Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç jurnalist Dmitri Qordona müsahibəsində söyləyib. 

Arestoviç deyib ki, Ukraynanın müharibədə çox tezlikə tam qələbə çalması mümkün olmayacaq: “Çünki Amerika və İrak orduları kimi 5-ci nəsil ilə 3-cü nəsil ordu savaşanda, müharibə tez bitir. Ancaq bizimlə Rusiya kimi eyni - 3-cü nəsil ordular savaşanda yox”.

Bununla yanaşı, ekspert qeyd edib ki, müharibənin başlanğıc anı ilə indiki dövr arasında böyük fərq var, yerlər dəyişib və artıq Ukrayna Ordusu rus ordusundan daha müasir silahlara malikdir.

Müharibənin nə zaman bitəcəyinə dair suala cavab olaraq, Arestoviç deyib ki, çox şey Rusiya hərbi-siyasi rəhbərliyinin gələcək davranışlarından asılıdır: “Mən bu məsələnin aylarla uzanacağını görürəm. Ən azı yeni ilə - müharibə trendi sınana və biz onlara “döşəyənə” qədər. Əsas məsələ odur ki, hətta Rusiya vətəndaşları da uduzmağa başladıqlarını anladıqları zaman Rusiyanın hərbi-siyasi rəhbərliyi özünü necə aparacaq”.

 

 

Arestoviç Rusiyanın nə yolla olursa olsun Ukraynanı danışıqlara çəkməyə çalışdığını vurğulayıb və deyib ki, Rusiya Kiyevdən kapitulyasiya tələb etmir: “Kapitulyasiyadan söhbət getmir. Heç mart ayında da bundan söhbət getmirdi. Onlar Ukraynadan neytral status (NATO-ya daxil olmamaq-red), eləcə də Krımı və Donbası istəyirlər. Onlar Xersonu verməyə hazırdırlar. Buna yüz faiz əminəm. Bir də sanksiyaların götürülməsini çox istəyirlər. Yəni, “sanksiyaları götürün, biz daha yaxşı hazırlaşaq və 5-6 ildən sonra yenidən hücum edək””.

Arestoviç əlavə edib ki, Volodimir Zelenski heç vaxt Rusiyanın bu şərtləri ilə razılaşmayacaq. Ona görə də müharibənin hələ bir neçə ay davam edəcəyini və Rusiyanın məğlubiyyəti ilə başa çatacağını düşünür.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39