Bazar ertəsi, 29 Aprel

Ukraynada Rusiyanın daha 140 hərbçisi məhv edildi

image

Ukraynanın müdafiəçiləri son sutkada daha 140 rus hərbçisini məhv edib.

Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

Bildirilir ki, fevralın 24-dən etibarən düşmənin ümumi döyüş itkiləri təqribən 38 min 140 nəfərə yaxındır. Rusiyanın itkilərinin siyahısı belədir:

1677 ( 5) tank,

3 874 (son sutkada 8) zirehli döyüş maşını,

846 (son sutkada 4) artilleriya sistemi,

247 RYAS

109 hava hücumundan müdafiə sistemi,

220 təyyarə,

188 helikopter,

687 (son sutkada 6) əməliyyat-taktiki səviyyəli PUA,

162 (son sutkada 7) qanadlı raket,

15 gəmi/qayıq,

2735 (son sutkada 4) ədəd avtomobil avadanlığı və tanker,

68 (son sutkada 1) ədəd xüsusi texnika.

Rusiya ordusu son sutka ərzində ən böyük itkini Baxmut istiqamətində verib.

Xatırladaq ki, hazırda Rusiya ordusu Donbasda iki şəhəri ələ keçirməyə cəhd edir. Britaniya kəşfiyyatının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə müdafiəni uğurla davam etdirir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39